SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Cəlilabad "hərbi komissarlığı"nda ŞOK ÖZBAŞINALIQ

15-04-2019, 16:42 | Oxunub: 12 239 |

Cəlilabad "hərbi komissarlığı"nda ŞOK ÖZBAŞINALIQ

Emtv.az xəbər verir ki,Cəlilabadda yaşayan ictimai fəal, hüquq müdafiəçisi Təyyar Zülfüqarov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbəsi haqda ittihamlar səsləndirib.

T.Zülfüqarov 2000-dən çox adamın şəxsi işlərinin oğurlandığını bildirib.

Onun sözlərinə görə, Cəlilabad komissarlığında gəncləri hərbi xidmətdən yayındıran xidmət “şöbəsi” fəaliyyət göstərir.

“Cənab general Arzu Rəhimov, əməkdaşlarınızın oğrladıqları saysız-hesabsız şəxsi işlər var. Mütəxəssisləri uzaqlaşdırıb “dəllaları” cəlb eləmisiniz, bəs hara nəzarət edirsiniz?

Belə idarəetmə kimə lazımdır? Qərəzsiz, tamahkar olmayan kadrları uzaqlaşdırıblar, “işbazları” yerləşdiriblər”.

T.Zülfüqarovun sözlərindən belə məlum olur ki, Cəlilabad komissarlığında əyri, dolaşıq işlər gedir. Bu da ciddi araşdırmalar aparılmasını tələb edir.
A.Rəhimov bu sistemin başına gətiriləndə ondan real islahatlar aparması istənilmişdi və öhdəlik qoyulmuşdu.

Lakin tədricən proses saat əqrəblərinin əksinə hərəkət eləməyə başladı və “niqodnıy bilet” biznesi çiçəklənməkdə davam edir.

General A.Rəhimovun xoşagəlməz halları aradan qaldırması yerinə şöbələrdə bu cür əyri-üyrü işlərə şərait yaratması ordumuzun, Müdafiə Nazirliyinin gördüyü işlərə kölgə salır.

Cəlilabaddan hərbi xidmətə getməyənlərin sayı artır. Buna səbəb heç də gənclərin hərbi xidmətə marağının azalması deyil.

Sadəcə, Cəlilabad rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisinin bu işi bazarlığa çevirməsidir. Ona görə hərbi xidmətdən yayınmaq sadələşib.

Əvvəllər həkim müayinəsindən tutmuş digər prosedurlara qədər pul xərcləmək lazım idisə, indi hər şey bir əldə cəmləşib

Belə ki, pul bir mərkəzə çatır və ordan paylanır. Nəticədə valideyn və övladı əziyyət çəkmir. Buna asan xidmətin rşüvət modeli də demək olar.

Komissarlıqdan narazılıq edən də yoxdur. Çünki hərbi xidmətdən yayınmaq istəyənləri bu şərtlər qane edir. H.İsmayılov da vətəndaşlara göstərdiyi bu asan xidmətdən qürur duyur.

Yaxın çevrəsində də bildirir ki, sistem belə qurulub və ondan kənara çıxmaq mümkün deyil.

Onun bu sistemin içində edəcəyi yaxşılıq isə insanları incitmədən bu işi həyata keçirməkdir. Yəni, onsuz da rüşvət ayaq açıb yeriyir.

Mediada yayılan xəbərlərə görə, Arzu Rəhimov bu xidmətin ilk rəhbəri olaraq özünü doğrultmadı. İşində ciddi nöqsanlar müşahidə olundu.

Zakir Həsənova özü kimi çevik və bacarıqlı bir SHÇDX rəhbəri lazımdır ki, gərəkən anda orduya səfərbərlik məsələlərini uğurla həyata keçirsin.

Daha sonra xalqxeber onu da qeyd edib ki,amma Arzu Rəhimov bunu bacarmadı. Və bu səbəb də onunla bağlı gediş qərarının verilməsində əsas nüans kimi çıxış etməkdədir.

Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR