SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Maliyyə Nazirliyi deputatın ittihamlarına cavab verdi

15-04-2019, 15:35 | Oxunub: 13 240 |

Maliyyə Nazirliyi deputatın ittihamlarına cavab verdi

Milli Məclisin aprelin 9-da keçirilən plenar iclasında Hesablama Palatasının ötənilki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı deputat Vahid Əhmədovun ən çox nöqsan aşkarlanan qurumların siyahısında Maliyyə Nazirliyinin adını çəkməsi onun subyektiv yanaşmasıdır.

Emtv.az xəbər verir ki, bu fikirləri Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev yerli mətbuatın sorğusuna cavab olaraq bildirib.

O qeyd edib ki, Palatanın 197 səhifədən ibarət olan 2018-ci il üzrə hesabatı ilə istənilən şəxs də tanış ola bilər və burda deputatın iddia etdiyi kimi Maliyyə Nazirliyində nöqsanların aşkarlanması ilə bağlı bir cümlə də yoxdur: "Ona görə də deputat Vahid Əhmədovun bu mövqeyinə və düşüncələrinə, onun hansı faktlara və məntiqə söykəndiyinə şərh verməyi artıq hesab edirik".

M.Piriyev həmçinin vurğulayıb ki, Maliyyə Nazirliyi Hesablama Palatasının təqdim etdiyi 2018-ci il üzrə hesabatı təqdir edir və dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi, artıq və əsassız ödənişlərin aşkar edilməsi, təqsirkar şəxslər hesabına həmin vəsaitlərin dövlət büdcəsinə bərpa olunması istiqamətində Palata tərəfindən görülən işləri tam dəstəkləyir və onunla bu istiqamətdə sıx əməkdaşlıq edir.

Mətbuat katibi həmçinin qeyd edib ki, Maliyyə Nazirliyinin apardığı nəzarət tədbirləri Hesablama Palatası ilə müqayisdə daha az sayda təşkilat və qurumları əhatə edir. Bununla belə, Nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsinə nəzarətlə bağlı prinsipial və sərt addımlar atılır. Təkcə ötən ildə aparılan nəzarət tədbirləri nəticəsində 7 mln. manatdan çox əsassız ödənişlər aşkar edilib, ümumilikdə 55 təşkilat üzrə nöqsanlara hüquqi qiymət verilməsi məqsədilə sənədlər hüquq-mühafizə orqanlarına təqdim edilib.

Nazirlik rəsmisi bildirib: "Hesab edirik ki, büdcədən maliyyələşən təşkilatların rəhbərləri dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsinə nəzarəti daha da gücləndirməli, qanunun tələblərinə riayət etməli, büdcə intizamını pozan və mənimsəmələrə yol verənlərə qarşı sərt tədbirlər görməlidirlər".

Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR