SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Eldar Əzizov Abutalıbovun “makleri” Ramiz Quliyevi niyə işdən çıxarmadı?

12-04-2019, 15:07 | Oxunub: 13 649 |

Eldar Əzizov Abutalıbovun “makleri” Ramiz Quliyevi niyə işdən çıxarmadı?


BŞİH -də yenədə məsul işçi kimi vəzifəsində qalan Ramiz Quliyev Eldar Əzizovun yaxın adamları ilə münasibətlər quraraq "makler”liyini davam etdirməkdədir…

Eldar Əzizovu Bakı Şəhər İcra başçısı vəzifəsinə təyin edildikdən sonra ilk işi qurumda islahatlar aparmaq oldu. İlk öncə Bakı meri bir neçə kadrını meriyanın əsas postlarına təyin edərək daha dərin islahatlar aparmaq görüntüsü yaratdı. Ancaq bir müddət öncə yenidən kadr islahatına başlyan Eldar Əzizovun BŞİH daha ciddi dəyişikliklə edəcəyi gölənilir. Çünki xələfi Hacıbala Abutalıbovun bir xeyli kadrı var ki, onlar yenədə meriyada öz postlarını qorumaqda və "işlər”ni sürdürməkdə davam edirlər. Həmin kadrlar ya Eldar Əzizovun yadından çıxıb yada ki, daha yüksək rütbəli məmurlara bağlı olduğu üçün paytaxt merinin hələki onlara gücü çatmır.

Emtv.az xəbər verir ki, belə məmurlardan biridə adı mətbuatda meriyanın makleri və yaxud "Hacı Ramiz” kimi hallanan Ramiz Quliyevdir. Bakı Şəhər İcra Hakimiyyətində uzun müddət məsul işçi kimi fəaliyyət göstərən Ramiz Quliyev əslində sabiq mer Hacıbala Abutalıbovun "makler”i kimi tanınıb. Paytaxtın müxtəlif rayonlarında torpaq, obyekt, bina və ev tikintisi üçün icazələrlə məşğul olan Ramiz Quliyev bu işlərdən yaxşı qazanc əldə edib.

Yerli mətbuata daxil olan məlumata görə meriyanın makleri Ramiz Quliyev himayədarı, bossu Hacıbala Abutalıbovun işdən çıxmasına baxmayaraq yenədə özünün köhnə "işlərini” davam etdirir. Belə ki, BŞİH -də yenədə məsul işçi kimi vəzifəsində qalan Ramiz Quliyev Eldar Əzizovun yaxın adamları ilə münasibətlər quraraq "makler”liyini davam etdirməkdədir.

Meriyadakı mənbəmizin iddiasına görə yaxın günlərə qədər BŞİH başçısı Eldar Əzizovun Ramiz Quliyevi meriyadan uzaqlaşdıracağı gözlənilirdi. Ancaq bu baş vermədi və əksinə əldə etdiyimiz məlumata görə Ramiz Quliyev meriyada daha ciddi bir vəzifəyə keçmək üçün Eldar Əzizovla danışıqlara başlayıb.

Daha sonra milliyol onu da qeyd edib ki, Ramiz Quliyevin paytaxt meri ilə anlaşma içində olduğunu və yaxın günlərdə onun daha ciddi vəzifəyə təyinat alacağını istisna etmir. Adı uzun müddət müxtəlif qalmaqllarda halanan BŞİH məsul işçisinin dahada güclənməsinə gəlincə, məlumatlı şəxsi bunu Ramiz Quliyevin əlində kifayət qədər maddi kapitalın olması ilə izah etdi. Yəni meriyanın "makleri” vaxtı ilə torpaq, ev, obyekt biznesindən əldə etdiyi milyonları BŞİH hakimiyyətinin rəhbərliyinə xərcləməyə başlayıb…

P.S. Onu da qeyd edək ki,mənbənin verdiyi məlumatda qeyd olunur ki, yazıda sözü gedən şəxslərdən biri olan Ramiz Quliyev Hacıbala Abutalıbovun keçmiş ortağı olmaqla yanaşı hal-hazırda Mikayıl Əliyev 9 ünvanında yerləşən "Neolit " şadlıq evində qeyri-qanuni, heç bir hüquqi sənədi olmayan tikililərlə məşğuldur.

Qarşı tərəfin mövqqeyini dərc etməyə hazırıq.

Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR