SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Əbülfəs Qarayev: "Azərbaycan sülhsevər ölkədir, amma məruz qaldığı işğalla heç vaxt barışmayacaq" - FOTO

12-04-2019, 11:21 | Oxunub: 10 595 |

Əbülfəs Qarayev: "Azərbaycan sülhsevər ölkədir, amma məruz qaldığı işğalla heç vaxt barışmayacaq" - FOTO

Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev aprelin 11-də ölkəmizdə səfərdə olan İspaniya Dövlət Televiziyasının "Medina en TVE" proqramının direktoru Buziane Əhməd Xocaya müsahibə verib.

Emtv.az xəbər verir ki,Mədəniyyət və Turizm Nazirliyindən yerli mətbuata verilən məlumata görə, Ə.Qarayev müsahibədə Azərbaycanın tolerant ölkə olduğunu vurğulayaraq müxtəlif dinlərə mənsub millətlərin burada sülh və əmin-amanlıq içərisində yaşadığını bildirib. Nazir qeyd edib ki, Azərbaycanın tolerantlıq modeli müsəlman dünyası üçün örnək sayılır. Ölkəmizdə bu mövzuda çoxsaylı beynəlxalq konfrans və forumlar keçirilir.

Azərbaycanda mədəniyyət sahəsinin inkişafı, bu sahədə yeniliklər, ölkəmizin ev sahibliyi etdiyi mötəbər tədbirlər barədə danışan Ə.Qarayev ISESCO-nun mədəniyyətlərarası dialoqa dair "Bakı Prosesi" və 2011-ci ildən etibarən iki ildən bir təşkil olunan Dünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas tərəfdaşlarından biri olduğunu diqqətə çatdırıb. Nazir cari ilin 2-3 may tarixində Bakıda keçiriləcək V Dünya Mədəniyyətlərarası Dialoq Forumu və 30 iyun - 10 iyul tarixlərində gerçəkləşəcək UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası barədə məlumat verib.

Qeyd olunub ki, ölkəmizin zəngin mədəniyyəti, əsrarəngiz təbiəti, tarixi-memarlıq abidələri, həmçinin yaradılan yeni turizm infrastrukturu Azərbaycana xaricdən, o cümlədən müsəlman ölkələrindən gələn qonaqların sayının ildən-ilə artmasına səbəb olur. Bu səfərlərin artması digər tərəfdən də xalqımızın yüksək qonaqpərvərliyi, dini birlik, mədəni və tarixi bağlılıqla əlaqədardır.

Ə.Qarayev müsahibəsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti, torpaqlarımızın 20 faizinin işğal edilməsi barədə də danışıb, bu ərazilərdə tarixi-mədəni abidələrimizin dağıdılıb talan edildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycan sülhsevər, sabitliyin bərqərar olduğu ölkədir, amma məruz qaldığı işğalla heç vaxt barışmayacaq.
Əbülfəs Qarayev: "Azərbaycan sülhsevər ölkədir, amma məruz qaldığı işğalla heç vaxt barışmayacaq" - FOTO
Əbülfəs Qarayev: "Azərbaycan sülhsevər ölkədir, amma məruz qaldığı işğalla heç vaxt barışmayacaq" - FOTO
Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR