SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

"Başçı 1-ci qrup əlili get-gələ salıb..."

11-04-2019, 10:16 | Oxunub: 10 280 |

"Başçı 1-ci qrup əlili get-gələ salıb..."

Emtv.az xəbər verir ki,Abşeron rayon, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 1, mənzil 125 ünvanında kirayə yaşayan 1-ci qrup Qarabağ müharibə əlilli, ehtiyatda olan mayor Rəfiyev İlqar Nəzir oğlu tərəfindən bir sıra dövlət qurumlarının rəhbərlərinə müraciət ünvanlanıb.

Bir nüsxəsi də yerli KİV-lərə daxil olan müraciətdə deyilir:

"04.05.1974-cü ildə Şəki rayon, Təpəcənnət kəndində anadan olmuşam, 04.05.1993-cü ildə Şəki RHK tərəfindən hərbi xidmətə göndərilmişəm, Xidmətim zamanı Ağdam, Füzuli, Ağdərə rayonları və kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmiş və bir neçə dəfə ağır yaralanmışam. 1995-ci ildə Ali Hərbi Məktəbə göndərilmişəm, 1999-ci ilə Ali hərbi məktəbi bitirmişəm və leytenant rütbəsi ilə təmin edilərək xidmətimi yenidən davam etdirmişəm, 1999-cu ildən 2011-ci ilədək Xüsusi Təyinatlı Hərbi Hissədə müxtəlif vəzifələrdə xidmət etmişəm. Xidmət müddətində bir çox orden və medallarla təltif olunmuşam.

Döyüş tapşırığını yerinə yetirərkən aldığım travmalarla əlaqədar 01.02.2011-ci ildə MN MHHK-nın qərarı ilə ordu sıralarına tam yararsız hesab olunaraq mayor rütbəsində təxris olunmuşam.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1-ci qrup gözdən əlilləm.

15.03.2013-cü ildə Şəki rayon İcra Hakimiyyətinin 1/122 saylı sərəncamına əsasən mənzil növbəsinə qeydiyyata alınmışam.

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixində imzaladığı sərəncama əsasən biz mənzillə təmin olunacağımız barədə çox sevindik.

Lakin hal-hazırda 2019-cu il olmasına baxmayaraq mən bu günə qədər mənzillə təmin edilməmişəm.

Daha sonra dia.az onu da qeyd edib ki,sərəncama müvafiq olaraq dəfələrlə Şəki rayon İcra hakimiyyətinə və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etmişəm, hər dəfə bildirilir ki, 2018-ci ilin sonunadək təmin olunacaqsınız.

Sizdən xahiş edirəm ki, Silahlı Qüvvələrdə 18 il 6 ay xidmətimi, “Əlillərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunun 43-cü bəndinə əsasən Əlillər dövlətin hesabına mənzillə təmin edilirlər. I qrup əlillərə mənzillər növbədən kənar verilir” qanununu, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı gözdən əlill olmağımı və himayəmdə iki azyaşlı övladımın olmasını nəzərə alaraq mənzillə təmin olunmağıma köməkdarlıq edəsiniz".

Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR