17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Bakıda arvadını 11 yaşlı oğlunun gözü qarşısında ödürən kişi məhkəmə önünə çıxır
Arvadını qətlə yetirməkdə təqsirli bilinən Həsənov Fazil Şahlar oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Fikrət Qəribovun sədrliyi ilə keçiriləcək hazırlıq iclası aprel ayının 22-nə təyin olunub.
Qeyd edək ki, ötən ilin oktyabr ayında Qubanın Ərməkiqışlaq kənd sakini Fazil Həsənov həyat yoldaşı Xoşqədəm Həsənovanı Nərimanov rayonunda kirayə qaldıqları mənzildə qətlə yetirib.
O, bıçaqla həyat yoldaşının boğaz nayihəsinə vuraraq öldürüb. Hadisə 11 yaşlı oğlunun gözü qarşısında baş verib.
Fazil Hüseynov hadisədən sonra Ərməkiqışlaq kəndinə gedərək uşağı atasının evinə qoyub və könüllü şəkildə polisə təslim olub.
Qətli törədən Fazil Həsənov ailəsilə 7 aydır Bakıda kirayədə yaşayırmış.
Aysu Əliyeva
Emtv.az