SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Mehdi Səlimzadə sakinləri dinləmək istəmir...

10-04-2019, 10:45 | Oxunub: 14 574 |

Mehdi Səlimzadə sakinləri dinləmək istəmir...

Emtv.az xəbər verir ki,Göyçay şəhəri Nizami küçəsi dalan 20 də yaşayan sakinlər tərəfindən yerli KİV-lərə şikayət ərizəsi ünvanlanıb. Narazı vətəndaşlar yazırlar:

"Biz Göyçay şəhəri Nizami küçəsi dalan 20-də yaşayan sakinlər mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirik bizim şikayətimizə özləri baxsınlar tədbir görsünlər.Çünki Göyçay rayon icra başçısı Mehdi Səlimzadə vətəndaşların heç bir problemini həll etmək istəmir.Onun yarıtmaz fəaliyyəti nəticəsində Göyçay günü-gündən bərbad vəziyyətə düşür.Bu adamın fəaliyyəti sıfıra bərabərdir.

Bizim yaşadığımız Nizami küçəsi, dalan 20-nin yolu çox bərbad gündədir ki, burada nəinki piyada, hətta avtomobilər belə çətinliklə hərəkət edir. Küçənin yolu tamamilə dağılıb deyə yağış suları, palçıq əlindən sakinlər hərəkət edə bilmir. Azyaşlı uşaqlar məktəbə gedəndə çətinlik çəkirlər. Yağış yağanda su küçəni basır deyə tamamilə hərəkət dayanır. Belə olanda uşaqlar məktəbə gedə bilmir. Nizami küçəsi dalan 20-də 35 ailə yaşayır.Küçəyə yeni asfalt çəkilməsi üçün dəfələrlə icra başçısı Mehdi Səlimzadəyə ərizələrlə müraciət etmişi, qəbulunda olmuşuq.Hər dəfə problem həll olacaq deyə-deyə bizi aldadır.Bir neçə dəfə bizə cavab məktubu göndərib ancaq onu qeyd edir ki; "Göyçay rayon İcra Hakimiyyəti Başçısının şəhər inzibati ərazi üzrə nümayəndəliyinin verdiyi rəyə əsasən şəhər ərazisində aparılan abadlıq işləri mərhələli şəkildə aparılır.Həmçinin yaşadığınız dalana yeni asfalt örtüyünün vurulması yaxın zamanlarda nəzərdə tutulur".

Diqqət edin ki, icra başçısı biz sakinləri necə aldadır.Çünki bu cavab mktubunu bizə 2018-ci ilin mart ayı tarixində göndərib yaxın zamanlarda küçəyə asfalt vurulacağını qeyd edir.Artıq üstündən bir il müddət keçməsinə baxmayaraq icra başçısı Mehdi Səlimzadənin yaxın zamanı hələ gəlib çatmayıb.Həmçinin Nizami küçəsi dalan 20 də yerləşən fəaliyyəti olmayan köhnə idarənin həyətini zibilxana ediblər ki, buna görə ətrafı antisanitariya bürüyüb. Mehdi Səlimzadənin Göyçaya biganə yanaşmasını başa düşürük çünki bura onun ana vətəni deyil bura o ticarət obyekti kimi baxır.

Biz dia.az vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edirik. Xahiş edirik ki, Göyçay şəhəri Nizami küçəsi dalan 20-nin yoluna asfalt çəkilməsinə köməklik göstərəsiniz küçənin ortasında olan zibilxana poliqonunun tamamilə təmizlənməsinə göstəriş verəsiniz...

Biz Prezident İlham Əliyevə və Mehriban xanıma inanırıq. İnanırıq ki, bizim bu problemin həll edilməsinə göstəriş verəcəksiniz”.

İmza;Göyçay rayonu Nizami küçəsi dalan 20 sakinləri
1.Məmmədova Firuzə Məhiyyəddin qızı
2.Ələkbərov Elşad Vidadi oğlu Əlaqə telefonu; (051) 613-63-03
3.Rüstəmova Sürəya Hüseyn qızı
4.Həsənova Dilarə Ramazan qızı
5.Həsənova Sonabəyim Əliyusif qızı
6.Namazov Fərhad İlyas oğlu Əlaqə telefonu; (050) 636-66-48
7.Həsənov Ramin Zakir oğlu
8.Namazov Elşad Fizuli oğlu Əlaqə telefonu; (050) 875-21-46
9.Müslümova Səadət Rizavan qızı
10.Heydərov Ehtiram Əli oğlu
11.Namazova Təranə Əhməd qızı
12.Rüstəmov Bəhruz Mirzəqulu oğlu
13.Rüstəmov Kamil Mirzəqulu oğlu
14.Müslümov Bünyad Müslüm oğlu və digərləri".


Emtv.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Elnur Abbasov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR