SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Kanallarımızdakı eynitipli verilişlər

5-04-2019, 19:40 | Oxunub: 10 459 |

Kanallarımızdakı eynitipli verilişlər

Sosial şəbəkələrdə hər nə qədər "Mən bizim kanallara baxmıram" cümlələrinə rast gəlsək də, televiziyalardakı reytinq və həmin proqramlara gələn sponsorlar bunun əksini sübut edir.

Əksər hallarda isə bir layihənin uğurlu olduğunu görən rəqib kanal eyni formatlı verilişlə digərinin qarşısına çıxır.

"Sponsor ovu"na çıxan bu kanallar daha çox reytinq və gəlir üçün verilişini bəzən rəqibi ilə eyni saatda yayımlayır.

Bütün bunlar isə tamaşaçıya seçim qoymur və "Çevir tatı, vur tatı" deyimi kimi televiziyanı standartlaşdırır. Nəticədə bir kanal digərindən heç bir özəlliyi ilə fərqlənmir.

Emtv.az yerli mətbuatın yazdıqlarına istinadən izləyicilərinə televiziyalarımızda bu qəbildən olan layihələri təqdim edir:

"Səni axtarıram" və "Bizimləsən"

İlk dəfə Xoşqədəm Hidayətqızının layihəsi olaraq ATV-də yayımlanan "Səni axtarıram"ın uğurlu olması, Zaur Baxşəliyevin də bənzər layihəyə əl atmasına səbəb oldu. Nəticədə hər iki aparıcı arasında nifaq yarandı və bu problem "Səni axtarıram"ın əvvəlcə, keçmiş ANS TV-yə, daha sonra isə "Xəzər" TV-yə transferinə səbəb oldu.

İndi isə "Xəzər" TV-də yayımlanan "Səni axtarıram"ın qarşısında bir o qədər uğurlu və zəhmətli "Bizimləsən" dayanır. Hər iki sosial layihədə insanlar problemlərinə çarə tapır, itkin düşənini axtarır.

"Banu" və "Ənənə boğçası"

"Space" TV-ni "Hind toyu" ab-havasından çıxarıb, bir saatlıq "Azərbaycan toyu" rejiminə gətirən Günel Həsənzadənin "Banu" verilişinin əvvələr rəqibi olmasa da, daha sonra Leyla Mustafazadə "Ənənə boğçası" ilə həm tamaşaçıların, həm də onun qarşısına çıxmağa başladı

İllərdir toy ənənələri barədə azərbaycanlılara bir sıra qayda-qanunu aşılayan, adətlərin mənfi və müsbət tərəfini sevincli şəkildə nümayiş etdirirlər.

Onlar xalqımızın tabu adətləri - "Yengəlik", "Qırmızı lent" və digər mental dəyərlər barədə danışaraq, reytinq savaşına girirlər.

"Evdəkilərə salam" və "Ulduzlu yayım"

İllərdir məşhurların evinə girib hamını "salamlayan" Aytəkin Mərdanovanın verilişi - "Evdəkilərə salam" Zaur Kamalın "Ay Zaur" proqramının "update" olunmuş versiyası olsa da, onun da qarşısında rəqibi var.

Qərinələrə dayan bu formatı isə ATV-də Günay Firudinqızı "Ulduzlu yayım" adı ilə ötən yaydan etibarən aparır.

Hər iki verilişdə məşhur birinin evinə ya həmkarları, ya da şou-biznes və mədəniyyət aləmində olan tanınmış şəxslər qonaq olur.

Sevinc Əlimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR