SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Prezident İlham Əliyev: "Cənub Qaz Dəhlizi layihəsinin gətirəcəyi gəlirlər ədalətli şəkildə bölüşdürüləcək, ilk növbədə, vətəndaşların sosial rifahına yönələcək"

5-04-2019, 17:19 | Oxunub: 1 910 |

Prezident İlham Əliyev: "Cənub Qaz Dəhlizi layihəsinin gətirəcəyi gəlirlər ədalətli şəkildə bölüşdürüləcək, ilk növbədə, vətəndaşların sosial rifahına yönələcək"

Cənub Qaz Dəhlizi layihəsinin gətirəcəyi gəlirlər ədalətli şəkildə bölüşdürüləcək, ilk növbədə, vətəndaşların sosial rifahına yönələcək.

Emtv.az xəbər verir ki, bunu Bakının Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev məcburi köçkünlərlə görüşündə deyib.

Prezident bildirib ki, Azərbaycan iqtisadi və əlbəttə, siyasi cəhətdən tam müstəqil ölkədir:

"Heç kimdən asılı deyilik, maliyyə vəziyyətimiz sabitdir, gəlirlərimiz artır, icra etdiyimiz böyük layihələr, o cümlədən Cənub Qaz Dəhlizi layihəsi yaxın gələcəkdə bizə əlavə gəlirlər gətirəcəkdir. Bu gəlirlər ədalətli şəkildə bölüşdürüləcək, bir daha demək istəyirəm ki, ilk növbədə, vətəndaşların sosial rifahına yönələcəkdir. Beləliklə, bu gün açdığımız bu gözəl qəsəbə həm bizim siyasətimizi, məcburi köçkünlərə qayğımızı, həm də ölkəmizin artan imkanlarını göstərir".

İlham Əliyev qeyd edib ki, bu gün Azərbaycanda hər sahədə çox böyük quruculuq işləri aparılır - iqtisadi sahədə, sosial sahədə: "Xəstəxanalar, məktəblər tikilir, yeni sosial obyektlər istifadəyə verilir, yollar salınır, köçkünlər üçün belə gözəl şərait yaradılır. Quruculuq, abadlıq, inkişaf bu gün Azərbaycanı fərqləndirən amillərdir".

Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR