SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Aliment ödəmək üçün böyrəyini “su qiymətinə” satdı - TƏFƏRRÜAT

5-04-2019, 13:20 | Oxunub: 10 099 |

Aliment ödəmək üçün böyrəyini “su qiymətinə” satdı - TƏFƏRRÜAT

Bakı Ağır Cinayətlər Məhkəməsində insan orqanları və ya toxumalarının alqı-satqısı, onların transplantasiya məqsədilə götürülməsinə məcbur etmə və insan alverində təqsirləndirilən Vahib Xudadatovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Məlum olub ki, 62 yaşlı Vahib Xudadatov böyrək çatışmazlığından əziyyət çəkib orqan köçürməsinə ehtiyacı olan şəxslərlə imkansızlıqdan böyrəyini satanlar arasında vasitəçilik edib. Bunun müqabilində hər iki tərəfdən də pul alıb.

Böyrəyini satanlar saytlarda, sosial şəbəkələrdəki elanlar, ortaq tanışlar vasitəsilə tapılır, xəstəlikdən əziyyət çəkənlərin özləri, yaxınları ilə görüşdürülür və qiymət məsələsi razılaşdırılırmış.

Öncə Bakıda müxtəlif tibb müəssisələrində qan analizi verilir, sonra hər iki tərəf İrana həkim Mohsen Tahirinin yanına aparılır, orada ətraflı müayinədən keçirilib, transplantasiya qərarı veriləndən sonra böyrək köçürmə əməliyyatı Gürcüstanda "Lanseti" klinikasında aparılırmış.

Əməliyyatı Tbilisidə Mohsen Tahiri özü həyata keçirirmiş. 2016-cı ilin martından sonra Tbilisidə "Lanseti"nin azərbaycanlı rəhbəri Fərman Ceyranlının həbsilə əlaqədar klinikanın fəaliyyəti dayandırıldığından ondan sonra əməliyyatlar Tacikistanda Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "İnsan orqanları və toxumaları transplantasiyası Milli Mərkəzi"ndə aparılıb.

Orada da əməliyyatları Mohsen Tahiri həyata keçirib. Mohsen Tahiri tez-tez Bakıya gəlir, buradakı klinikalardan birində də xəstələri müayinə edirmiş.

Məsələnin maddi tərəflərinə gəlincə, hər orqan köçürülən xəstənin yaxınları böyrəyini satan donora onunla razılaşdırılmış məbləğlə yanaşı, əməliyyat həyata keçirilən klinikaya 8 min, iranlı həkimə 10 min dollar pul ödəyirmiş. Vasitəçilik edən Vahib Xudadatova isə 200 manatdan iki min manata qədər pul verilirmiş.

Böyrəyini satanlarla onu alanlar arasında Bakıda notarial qaydada müqavilə imzalanıb. Orada göstərilib ki, guya bu adamlar qohumdurlar və biri digərinə böyrəyini verir.

V.Xudadatov elan olunmuş ittihamla özünü təqsirli bilməyib:

"Mənin günahım yoxdur. Mən onları həkimlə tanış eləmişəm, taksi sürücüsü kimi, onları İrana, Gürcüstana aparıb-gətirmişəm. Buna görə mənə pul veriblər. Hər şeyin şahidi-sübutu var. Heç kim heç nəyə məcbur edilməyib. Adamlar özləri öz aralarında razılaşıblar, mənlik bir şey olmayıb. Könüllü şəkildə satıblar, pullarını da alıblar".

Sonra zərərçəkmiş qismində Rüstəm Yamaqujin ifadə verib. O, böyrəyini necə satması barədə danışıb:

"Biləcəridə kirayədə yaşayırdım. Vəziyyətim çox ağır idi, həm kirayə pulu ödəyirdim, həm də aliment. İmkanım yox idi, ona görə də razılaşdım. Doqquz min manata danışdıq. Bundan sonra gəlib Respublika Xəstəxanasında qan verdim".

Zərərçəkənin sözlərinə görə, o, maddi durumunun ağırlığına görə böyərini doqquz min manata satmağa razılaşıb.

Məhkəmə prosesi aprelin 12-də davam edəcək.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqədə olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan Respublikası vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil edən Azərbaycan Respublikası vətəndaşı Xudadatov Vahib Fəxrəddin oğlu müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilib, məhkəmə tərəfindən barəsində həbs-qətimkan tədbiri seçilib.

Vahid Xudadatovla əlaqəsi olan şəxslər istintaqa cəlb ediliblər. Cinayət əməlləri nəticəsində orqanları alqı-satqı obyekti olmuş şəxslər həkim nəzarətinə götürülüblər.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR