SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Gədəbəy rayon icra hakimiyyətində ölüm hadisəsi olub

5-04-2019, 13:16 | Oxunub: 6 020 |

Gədəbəy rayon icra hakimiyyətində ölüm hadisəsi olub

Emtv.az xəbər verir ki, Gədəbəy rayon İcra Hakimiyyətinin binasında ölüm hadisəsi olması barədə məlumat daxil olub. Həmin məlumatda qeyd edilir ki, Gədəbəy rayon Qaradağ kənd icra nümayəndəsi Qasımov Cahangir İsmayıl oğlu 03 aprel 2019-ci il tarixində Gədəbəy rayon icra hakimiyyətinin binasında dünyasını dəyişib.

Əldə etdiyimiz məlumata görə, Cahangir Qasımov icra hakimiyyətinə işdən azad edilməsinə görə dəvət olunubmuş. C.Qasımov işdən könüllü çıxması üçün ərizə yazmalı imiş. Lakin o hadisə yerində vəfat edib.

Məsələ ilə bağlı Gədəbəy rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Media nümayəndəsi olduğumuzu bilən kimi telefonu söndürdülər. Növbəti zənglərimizə cavab verən olmadı.

Anews.az daha sonra Gədəbəy İcra Hakimiyyətinin birinci müavini Nağıyev Natiq ilə də telefon əlaqəsi saxlayıb. Amma hadisə barədə heç bir məlumat öyrənə bilmədik. N.Nağıyev başqa yerdə olduğunu qeyd edərək, telefonu söndürdü.

Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR