SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

"Başqa şeyə görə maşın alıb, sənətə bağlamasın"

4-04-2019, 16:29 | Oxunub: 14 043 |

"Başqa şeyə görə maşın alıb, sənətə bağlamasın"

İnanmıram ki, sənətə görə maşın versinlər. 1987-ci ildən sənətdəyəm. Şou-biznes sözünü sevməyə bilərik, çünki cılızlaşdırıblar.

Emtv.az yerli mətbuata istinadən bildirir ki, bu sözləri bəstəkar Gövhər Həsənzadə "Pəncərə" verilişində deyib. O, mahnıya, sənətə görə heç vaxt ifaçıya bahalı hədiyyələr verildiyinə inanmadığını bildirib:

"Çalışdığım böyük sənətkarlar, tələbatlı olduqları vaxtda hansısa tamaşaçı gətirib ev, maşın bağışlamayıb. Bu absurtdur. Kim belə təqdim edir, öz işidir. Faiq Ağayev, Brilliant Dadaşova - böyük konsert auditoriyası yığanlar qazandıqlarından iki dəfə artıq sənətə xərcləyiblər. Konsertləri vermək üçün heç kim onlara pul buraxmayıb. Aylarla studiya götürürlər kirayəyə, ansambl danışırlar, paltarlar tikdirirlər - bilirsiz nə qədər xərc tələb edir?

Heç kim evində oturanda, çağırıb demirlər ki, qəşəng oxuyursan, al bu maşını sənə verirəm. Kimsə kimisə bəyənirsə maşın bağışlayırsa, sənətə bağlamasınlar.

Çıxıb efirdə özünü təqdim edir ki, filankəs filan mahnıya görə mənə maşın verdi. Şəxsi münasibətə görə verirlər o hədiyyələri. Heç kim sözümü müzakirə etməsin. Sabah çıxıb efirdə deməsin ki, 72 illik dostum idi... Məni tanımayan pərəstişkar, tamaşaçı maşın verir? Maşına görə başqa dəyərləri qurban verməyin. Onu efirdə təqdim edəndə, efir qarşısında sizə gülən o qədər adam var ki... O dəyərlər maşına dəyər? Özünüzü gülünc vəziyyətə salmayın".

Qeyd edək ki, son günlər müğənni Afət Fərmanqızı Nəsiminin "Sığmazam" qəzilinə görə iş adamının ona "Gelandewagen" markalı maşın bağışladığını bildirib.


Aysu Əliyeva
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR