25 avq 20:01Oxunub: 2608 |

““SƏVİYYƏSİZ” SAYTLARI MƏHKƏMƏYƏ VERƏCƏM”-NURANƏ MİRZƏYEVA

““SƏVİYYƏSİZ” SAYTLARI MƏHKƏMƏYƏ VERƏCƏM”-NURANƏ MİRZƏYEVA““SƏVİYYƏSİZ” SAYTLARI MƏHKƏMƏYƏ VERƏCƏM”-NURANƏ MİRZƏYEVA
Bəlli olduğu kimi, yeni dərs ilinin başlanmasına sayılı günlər qalıb. Valideynlər öz övladlarını məktəbə hazırlamaqla məşğuldular. Digər tərəfdən isə məktəblərdə yeni dərs ilinə hazırlıqlar gedir. Qeyd etmək lazımdır ki, bugünkü gündə ölkəmizdə təhsilimizi yüksəltmək və onu daha intesiv şəkildə inkişaf etdirmək üçün dövlət tərəfindən çox böyük vəsaitlər xərclənir ki, nəticədə şəhər və rayonlarımızda çoxlu təhsil ocaqları tikilib və tikilməkdədir. Təbii ki, bütün bunların qarşılığında dövlətin cəmiyyətdən istədiyi vətənə və vətəndaşa xidmət edəcək sağlam düşüncəli gəncləri yetişdirməkdir. Lakin tam da demək olmaz ki, bizim təhsil sahəsində nailiyyətlərimiz günü-gündən inkişaf edir. Açığı, hələ də öz qara əməlləri ilə fəaliyyətdə olan çoxlu məktəb direktorları var ki, bu əməlləri ilə neçə-neçə gələcək savadlı övladlarımızın gələcəyini, öz ciblərini doldurmaq naminə məhv edirlər.
Aldığımız məlumata görə Bakının Sabunçu rayonunda yerləşən 170 saylı orta məktəb də yeni dərs ilinə özünəməxsus tərzdə hazırlıqlarını davam etdirir. Bu gün artıq kifayət qədər ölkədə tanınmış KİV-lərdə və elektron KİV-də Bakının Sabunçu rayonunda yerləşən 170 saylı orta məktəb də yeni dərs ilinə özunəməxsus tərzdə hazırlıqlarını davam etdirilməsi barədə informasiyalar yayılmaqda davam edir. Məlumatlarda bildirilir ki, 170 saylı orta məktəbdə artıq birinci siniflərə şagird qəbulu ilə bağlı sənədlərin qəbuluna start verilib. Məlumatda o da göstərilir ki, məktəbə təqdim olunan zəruri sənədlərin arasında 100 manatlıq əsginazın da olması əsas, vacib şərtlərdən biridir. Əks təqdirdə isə bütün sənədlər nəzərdən belə keçirilmədən geri qaytarılır. İddialara görə, 170 saylı orta məktəbin direktoru Nuranə İdris qızı Mirzəyevanın bu təhsil müəssisəsinin birinci siniflərinə şagird qəbulu üçün müəyyən etdiyi məbləğ məhz minumum 100 manatdan başlayır. Qeyd edək ki, bu orta təhsil müəssisəsinin fəaliyyətində müşahidə olunan bir çox neqativ hallarla bağlı aşağıda mənbə çox maraqlı məlumatlar verib. Bildirilir ki, məktəbdə son buraxılış siniflərinin şagirdlərinə təqdim olunmuş attestat və şəhadətnamələrin hər birinə görə məktəb direktoru Nuranə Mirzəyeva tərəfindən 50 manat pul yığılıb. Həmçinin bu məktəbdə adi tədris metodikasından başqa xüsusi olaraq "evdə təhsil” proqramı və “kurikulum” da tətbiq olunur. Bu proqram çərçivəsində müəyyən xəstəliklər səbəbindən məktəbə gələ bilməyən uşaqlara dərslər onların öz evlərində keçirilməlidir. Digər bir məlumata görə bu gün "evdə təhsil” proqramı üzrə 170 saylı məktəbin 120-dən artıq şagirdinin təhsil aldığı rəsmi sənədlərdə qeydə alınıb. Onlara dərs deyən müəllimlərin sayı isə təxminən 40 nəfərə yaxındır. Lakin iddiaya görə, bu humanist layihənin işləkliyi məktəb direktoru tərəfindən qətiyyən təmin olunmayıb. Bununla belə, Nuranə Mirzəyeva hələ ötən il müvafiq qurumlar qarşısında "evdə təhsil” proqramı çərçivəsində müəyyənləşdirilmiş dərs saatlarının həcminin 18-dən 36-ya çatdırılması barədə məsələ qaldırıbmış. Məqsəd isə, proqram üzrə "dərs deyən” müəllimlərin saatlarını artıq göstərməklə, onlara yazılan əmək haqlarının bir hissəsini mənimsəmək olub. Daha sonra məlumatlarda Nuranə Mirzəyevaya qarşı həmçinin savad baxımından irəli sürülən iradlar da yer alır. Məlumatlarda bildirilir ki, bir müddət əvvəl Təhsil Nazirliyi tərəfindən keçirilmiş və məktəb direktorları üçün nəzərdə tutulan attestasiya test imtahanlarının nəticələri də Nuranə xanım üçün heç də ürəkaçan olmamışdır. Belə ki, həmin sınaqda uğursuzluqla üzləşmiş məktəb direktorlarının 26 nəfərdən ibarət siyahısında Nuranə Mirzəyevanın da adı xüsusi yer alıb. Bu səbəbdən də 170 saylı məktəbin direktoru nazirlik tərəfindən yaradılmış xüsusi hazırlıq kurslarına göndərilib. Göründüyü kimi Nuranə Mirzəyevanın direktor olduğu məktəbdə nə qədər qanun pozuntusu olmağı barədə məlumat verilib.
P.S. Hörmətli izləyicilərimiz KİV-də 170-saylı tam orta məktəbdə baş verən olaylarla və neqativ hallarla əlaqədar məktəb direktoru Nuranə Xanım Mirzəyeva ilə birbaşa telefon əlaqəsi saxlasaqda Nuranə xanım Mirzəyeva bildirdi ki, mənim heç bir açıqlama vermək fikrim yoxdur. Onlar səviyyəsiz saytlardır ki, bu gün həmin o saytların rəhbərlərini məhkəməyə verməyə hazırlaşıram. Bir daha deyirəmki mənim heç bir açıqlama vermək fikrim və vaxtım yoxdur. Mən seçkilərə hazırlaşıram.
P.S.S. Əminik ki, Təhsil Nazirliyində KİV-ilə iş sektorunun müdiri Cəsarət Valehov yuxarıda adı çəkilən 170-saylı tam orta məktəb və onun rəhbəri barədə araşdırma aparacaq və biz mətbuat işçilərinə açıqlama vermək üçün vaxt tapacadır.

Hazırladı: "EMTV.az" Habil Mirnağıoğlu
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
TƏQDİMAT MƏRASİMİNDƏ
TƏQDİMAT MƏRASİMİNDƏ "AZƏRBAYCANIN SƏSİ" İCTİMAİ BİRLİYİNİN SƏDRİ MƏŞHƏDİ FAİQ ƏHMƏDOV "QALX AYAĞA AZƏRBAYCAN" ŞEİRİNİ DEMİŞDİR – VİDEO
Oxunub: 952
XƏBƏR LENTİ

Reklam
Məzənnə