SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

"Ordudakı satqınları üzə çıxardıq"-Müdafiə naziri

4-04-2019, 13:34 | Oxunub: 3977 |

 "Ordudakı satqınları üzə çıxardıq"-Müdafiə naziri

Aprel döyüşlərində ordudakı satqınlar istisna olunmaqla, bütün şəxsi heyət tərəddüd etmədən döyüşə atılıb.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bu sözləri müdafiə naziri Zakir Həsənov AZTV-yə müsahibəsində deyib.

"Biz ordudakı satqınları üzə çıxardıq. Bir əsgər, zabit və generalda tərəddüd yox idi. Döyüş çətin idi, çünki döyüş düşmənlə birbaşa təmasda gedirdi. Elə yerlər vardı ki, düşmənlə aramızda 50 metr məsafə vardı".

O bildirib ki, Aprel döyüşlərinin dördüncü günündə Ermənistan ordusu bir istiqamətdə hücuma keçmək istəsə də, bunun nəticəsi olmadı:

"Azərbaycan Aprel döyüşlərdində bir tank itirib, o da minaya düşmüşdü. İndi onu bərpa etmişik. Ermənistan ordusu isə 33 tank, 15 top itib. Azərbaycan isə cəmi bir top itirmişdi. Ermənistan ordusunun 300-dən çox şəxsi heyəti məhv edilib. 500-ü yaralı olmaqla, minə yaxın düşmən əsgəri yaralanıb. Yəni onlar üçün nəticə faciəvi oldu".

Aynurə Kərimli
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR