SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycana Rusiyadan 1 milyard dollar gəlib

3-04-2019, 19:48 | Oxunub: 11 081 |

Azərbaycana Rusiyadan 1 milyard dollar gəlib

Rusiya Mərkəzi Bankının məlumatlarına əsasən, yalnız 2018-ci ildə xarici ölkə vətəndaşları Rusiyadan öz vətənlərinə 11,898 milyard dollar pul köçürüblər.

Emtv.az yerli mənbəyə istinadən xəbər verir ki, ən çox pul Rusiyadan Özbəkistana “axıb” – 4 milyard 82 milyon dollar. Daxili İşlər Nazirliyinin məlumatlarına görə, Özbəkistan həm də Rusiyada işləyən vətəndaşlarının sayına görə liderliyini qoruyur – RF-də 4,5 milyon Özbəkistan vətəndaşı miqrasiya qeydiyyatından keçib.

Qeyri-rəsmi məlumatlara əsasən, əhalisinin ümumi sayı 33 milyon nəfər olan Özbəkistanın əmək qabiliyyətli əhalisinin 20%-i daimi olaraq ölkədən kənarda işləyir. Bunların 85%-i iş yeri kimi Rusiyanı seçib.

Azərbaycana Rusiyadan 1 milyard dollar gəlib

İkinci yeri Tacikistan vətəndaşları tutur. Onlar Rusiyadan vətənlərinə 2,553 milyard dollar yollayıblar. Üçüncü yerdə isə Qırğızıstan vətəndaşlarıdır – 2,4 milyard dollar.

Siyahıda sonrakı yeri Ermənistana 1,117 milyard dollar göndərmiş erməni miqrantlar tutur. Azərbaycan Rusiyaya yolladığı vətəndaşlarından 1 milyard dollardan azca çox vəsait qəbul edib. Qazaxıstan 797 milyon dollarla yeddinci yerdədir.

Rusiya ilə mürəkkəb qarşılıqlı əlaqələrinə baxmayaraq, Ukrayna vətəndaşları ötən il bu ölkədən vətənlərinə 948 milyon dollar yollaya biliblər.

Azərbaycana Rusiyadan 1 milyard dollar gəlib

“Western Union” və Rusiyanın Milli maliyyə araşdırmaları mərkəzi bu ölkədə yaşayan orta statistik miqrantın portretini hazırlayıb. Hesablamalara görə, MDB dövlətlərindən olan miqrantlar qazanclarının təxminən 49%-ni vətənlərinə göndərirlər. Pul köçürmələrini edənlər arasında 24-40 yaşlı kişilər böyük üstünlüyə malikdirlər.

Orta statistik miqrantın orta ixtisas təhsili var, ailəlidir. O, Rusiyada tikinti, yaxud ticarət sahəsində, bəzi hallarda kommunal təsərrüfatda işləyir. Bir çoxlarının bank kartları olsa da, maaşı nağd şəkildə alırlar.

Sosial şəbəkələrin Rusiya seqmentində uzun müddətdir ki, ölkəyə miqrantların lazım olub-olmaması barədə mübahisələr səngimir.

Azərbaycana Rusiyadan 1 milyard dollar gəlib

Daha sonra virtualaz.org qeyd edir ki, "Finansovaya qazeta”nın eksperti, hüquq elmləri namizədi Vladimir Neçitaylo əmindir ki, lazımdır: “Hazırda biz çətin ki, bu adamlar olmadan keçinə bilək. Ətrafa nəzər yetirin –gənclərimiz fiziki əməkdənsə zehni əməyə, yaxud xidmət sahəsində çalışmağa üstünlük verir. Rusiya cəmiyyətində fəhlə təbəqəsi tamamilə yox səviyyəsindədir. Bunun nəyi pisdir ki, miqrant Rusiyaya gəlsin və bu boşluğu doldursun?”

Bununla birlikdə, Neçitaylonun fikrincə, miqrantlar ucuz əməyə razılaşmasaydılar və işverənlərdən hər şeyin əmək qanunvericiliyi çərçivəsində olmasını tələb etsəydilər, həmin işverənlər Rusiya vətəndaşlarına üstünlük verməyə başlayardılar.

Aynurə Kərimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR