17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Türkiyə mediası mart soyqırımı ilə əlaqədar Naxçıvanda keçirilən tədbiri işıqlandırıb - FOTOLAR
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında keçirilən 31 Mart Azərbaycanlıların Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası ilə bağlı Türkiyənin Kütləvi İnformasiya Vasitələrində məlumatlar paylaşılıb.
Türkiyənin igdirim76.com və serhatbirikim.com.tr saytlarında tədbiri əks etdirən yazı və fotolar yer alıb. Xəbərlərdə qeyd edilir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov soyqırımı qurbanlarının xatirəsinə həsr olunan ağacəkmədə iştirak edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri Uzunoba Su Anbarının kənarında 2 hektar badam və 1 hektar üzüm bağı salıb, 4 minə yaxın badam və üzüm tingi əkiblər. Ərazidəki 2 hektar meyvə bağında isə bərpa əkini aparılıb.
Nəzrin Abbaszadə
Emtv.az