SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Şərur rayonunda kompleks quruculuq işləri aparılır - FOTOLAR

2-04-2019, 13:42 | Oxunub: 4428 |

Şərur rayonunda kompleks quruculuq işləri aparılır - FOTOLAR

Muxtar respublikanın ən böyük bölgəsi olan Şərur rayonunda sosial-iqtisadi və mədəni obyektlərin, istehsal müəssisələrinin, təhsil, səhiyyə ocaqlarının tikintisi, yolların və digər infrastrukturların yenilənməsi diqqət mərkəzində saxlanılır.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, cari ildə də rayonda tikinti-quruculuq sahəsində geniş və iri layihələr icra olunur. Daha 4 kənddə sosial obyektlər, Şərur şəhərində isə mədəniyyət sarayı üçün bina tikilir. Naxçıvan-Sədərək magistralından Şərur şəhərinə qədər olan, eləcə də şəhərdəki Heydər Əliyev prospektini və 6 küçəni əhatə edən 11 kilometrlik avtomobil yolu yenidən qurulur, yolun yatağı genişləndirilir, qalın asfalt örtük salınmasına hazırlıq işləri görülür. Rayon mərkəzində müasir yaşayış kompleksinin də tikintisinə başlanılıb. Kompleks hər biri altımərtəbəli və 40 mənzilli üç yaşayış binasından ibarət olacaq. Həmçinin rayonda sutəmizləyici qurğular yaradılır, Zeyvə və Düdəngə kəndlərində də içməli su sistemləri qurulur, kəndlərdə fərdi yaşayış evlərinin tikintisi sürətlə aparılır.

Qeyd edək ki, bu ilin əvvəllərində Şərur şəhərində uşaq xəstəxanası, Kərimbəyli kəndində 270 şagird yerlik tam orta məktəb binası, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası istifadəyə verilib, avtomobil yolu yenidən qurulub.

Şərur rayonunda kompleks quruculuq işləri aparılır - FOTOLAR

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR