SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Üzüm – böyrəklərin dərmanı

2-04-2019, 10:14 | Oxunub: 10 181 |

Üzüm – böyrəklərin dərmanı

Üzüm o meyvələrdəndir ki, onu hər gün yemək mümkündür. Bu meyvənin böyrəklərin sağlam olmasına təsiri böyükdür.

Əgər böyrəkləriniz ağrıyırsa və böyrək xəstəliklərinin əlamətlərini özünüzdə hiss edirsinizsə, bu, sizin üçün təhlükə zəngi ola bilər. Mütəxəssislərin nəzərinə görə gələcəkdə hər 9 nəfərdən biri böyrək xəstəliyindən əziyyət çəkəcəkdir.

Emtv.az yerli mətbuata istinadən bildirir ki, insan gərək hər gün böyrəklərin sağlam olmasının qayğısına qalsın. Vərdişlər, həyat tərzi, qidalanmağımızın böyrək sağlamlığına birbaşa təsiri vardır. Biz gərək bacardığımız qədər sağlam qidalanaq ki, böyrəklərimiz də sağlam olsun.

Ona görə də həkimlər hər gün üzümü yemək menyusuna əlavə etməyi tövsiyə edirlər. Bu meyvə böyrəklərin sağlam olması üçün faydalı meyvələrdəndir.

Əgər siz də üzümü dənəsi olmadan yeməyi sevənlərdənsinizsə, səhv edirsiniz. Çünki üzümün dənəsində "fenol" və "proanthocyanidins" maddəsi vardır ki, hər ikisi də güclü anti-oksidantdırlar. Bu anti-oksidantlar böyrəkləri gücləndirər və daxil olan zədələri zərərsizləşdirər.

Bundan başqa, üzümün tərkibində C, E vitaminləri, faydalı minerallar vardır. Bu maddələr böyrəyi zərərli maddələrdən təmizləyər və qan dövranının yaxşı dövr etməsinə yardım edər.

Son dövrün tədqiqatları göstərir ki, üzüm dənəsi böyrəklərin ziyan görmüş hüceyrələrini bərpa edə bilir. Əlavə çəkidən əziyyət çəkənlər üçün faydalı nəticələr gətirər.

Yadda saxlamaq lazımdır ki, yağlı yeməklər böyrək xəstəlikləri üçün şərait yaradar. Ancaq üzümün dənəsi bu yağları dəf edə bilir.

Üzüm suyu da böyrəklər üçün çox faydalıdır. Böyrəkləri oksidləşdiricilərdən qoruyur. Qan damalarının genişlənməsinə, qanın təmizlənməsinə səbəb olur. Üzümün növləri arasında qırmızı üzümün böyrəklərə təsiri daha çoxdur. Çünki tərkibində olan anti-oksidantların səviyyəsi ağ üzümdən daha çoxdur.


Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR