SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Xalqımızın qan yaddaşı

1-04-2019, 10:49 | Oxunub: 7 214 |

Xalqımızın qan yaddaşı

1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın qəddar olduğu qədər də insanlığa zidd soyqrım aktı idi.

Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Əsrin əvvəllərində baş verən qanlı qırğınlar əsrin sonlarında ermənilər tərəfindən daha dəhşətli şəkildə təkrarlandı.

Dünyanın hec bir ölkəsində, hec bir cəlladın edə bilmədiyi ağlagəlməz işgəncələr, qadınlara, qocalara, hətta məsum körpələrə tutulan dəhşətli divan erməni xislətinin dəyişməz olduğunu bir daha bütün dünyaya göstərdi.

Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi hər il qeyd olunur.

Bu il də həmin tarixdə respublikadan kənarda və ölkənin hər yerində, o cümlədən təhsil müəssisələrində 31 Mart soyqrımı dərin huznlə qeyd edildi.

Emtv.az xəbər verir ki,Azərbaycan Dillər Universitetində də bəşər tarixinin bu qanlı və insanlıqdan uzaq soyqrımı günü ilə bağlı anım tədbiri keçirildi.

Tədbir Gənclər Fondu və Yeni Həyat ictimai birliyinin təşkilatçılığı ilə ilə təşkil edilmişdi. Anım tədbiri Gənclər Fondunun xüsusi layihəsi ilə Xocali şəhidi Ələsgər Novruzova həsr olunmuş qısametrajli sənədli filmin təqdimatı ilə başladı.Şəhidin ailə üzvləri, tələbələr və media nümayəndələrinin iştirak etdiyi mərasimdə film çox böyük maraq və hüznlə qarşılandı.

Filmdə Xocalıda erməni faşistlərinin törətdiyi amansizliqlar, günahsiz və əliyalin insanlara qarşı dəhşətli zorakılıqlar və qəhrəman döyüşçümüzün fədakarlığı əks olunmuşdu. Bu dəhşətli səhnələr əsrin əvvəlində erməni vəhşilyinin, məkrli cəllad xislətinin əsrin sonlarında da dəyişmədiyini fakrlar və dəlililərlə ortaya qoydu. Filmi tamaşaçılar göz yaşları ilə seyr etdilər, şəhidilimizin möhtəşəm qəhrəmanlığı heyrət və qurur hissi ilə qarşilandı.

Təqdimatdan sonra Yeni Həyat İB-nin sədri Hailə İsmayilova filmin rejissor-ssenaristi Emil Lətifov və rejissor-assissenti Məhəmməd Baxişa söz verdi. Emil Lətifov filmi maraqla qarşılayan tamaşaçılara və şəhidin ailə üzvlərinə ekran işinə verdikləri dəyərə görə öz dərin təşəkkürünü bildirdi.

O həm də qeyd etdi ki, Hərbi Akademiyanın ehtiyatda olan zabiti kimi 2-ci peşəsi olaraq bu istiqamətdə fəliyyətini daha da genişləndirəcək və tariximizin qanla yazılmış qəhrəmanlıq səhifələrini ekranlara gətirəcək. Bunu özünə bir borc hesab etdiyini deyən natiq xalqımızın qan yaddaşını möhkəmləndirmək və baş verən vəhşiliklərin unudulmaması üçün bu fəaliyyətin zərurət olduğunu dilə gətirdi.

Daha sonra Ələsgər Novruzovun ailə üzvləri onun haqqinda ən səmimi və gözəl xatirələrini paylaşdilar. Mərasimin sonunda tədbir iştirakçilarına hədiyyələr təqdim olundu və xatirə şəkli çəkildi.

Xalqımızın qan yaddaşı
Xalqımızın qan yaddaşı

İlahə Məmmədova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR