SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Muxtar respublikanın təhlükəsizlik orqanları qayğı ilə əhatə olunub

28-03-2019, 17:30 | Oxunub: 13 337 |

Muxtar respublikanın təhlükəsizlik orqanları qayğı ilə əhatə olunub

1918-ci ildə öz müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti vətənimizin qarşılaşdığı daxili və xarici təhlükələri nəzərə alaraq 28 mart 1919-cu ildə Hərbi Nazirliyin Baş Qərargahının generalkvartirmeystr şöbəsində kəşfiyyat və əks-kəşfiyyat bölməsini yaratmışdır. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik Rusiyası tərəfindən işğalı burada milli kəşfiyyat və əks-kəşfiyyat sistemini daha da təkmilləşdirərək ərazi orqanlarının yaradılması səylərini yarımçıq qoydu.

Emtv.az xəbər verir ki,Azərbaycan Respublikasında təhlükəsizlik orqanlarının inkişafı, bu sahədə fəaliyyətin xalqımızın milli maraqlarına uyğun qurulması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. “Dövlətimizin, xalqımızın təhlükəsizliyini təmin etmək peşəsinə sahib olmaq hər bir vətəndaş üçün şərəfli vəzifədir. Gərək hər bir əməkdaş bunların müqabilində öz məsuliyyətini dərk edə bilsin və üzərinə düşən vəzifəni yerinə yetirə bilsin”, – deyən ulu öndərimizin ötən əsrin 60-cı illərində Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində rəhbərliyə gəlməsi bu qurumun tarixində milli prioritetlərin müəyyənləşməsi kimi xarakterizə edilən yeni dövrün başlanğıcı kimi qəbul olunur. Böyük şəxsiyyətin Azərbaycan xüsusi xidmət orqanlarına rəhbərliyi illərində kadr potensialının formalaşdırılması, təhlükəsizliyin təminatında xalqımızın milli maraqlarının ön plana çəkilməsi və qorunması məqsədilə mühüm tədbirlər həyata keçirilmişdir. Ulu öndər xalqımızın mənafelərini, milli-mədəni irsini, milli dəyərlərini sovet rejiminin amansız təhdidlərindən qorumaq naminə böyük iradə və dəyanət nümayiş etdirmişdir. Müstəqilliyin ilk illərində ölkəmizdə baş verən hərc-mərclik, silahlı birləşmələrin mərkəzi hakimiyyətə tabe olmaması, separatçılıq meyillərinin güclənməsi, digər tərəfdən Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasəti və o dövrdə ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi Azərbaycanın milli təhlükəsizliyinə qarşı ciddi təhdidlər yaratmışdı.

Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında siyasi, sosial-iqtisadi, hərbi sahələrdə yaşanan böhran vəziyyəti daha da ağırlaşdırmışdı. Bu dövrdə ulu öndər Heydər Əliyevin öz doğma yurdu Naxçıvana qayıtması və siyasi fəaliyyətə başlaması xalqın itən inamını özünə qaytardı. Həmin dövrdə Ermənistan tərəfdən işğal təhlükəsi ilə üzləşən, blokadaya alınan muxtar respublikanın siyasi-iqtisadi tənəzzüldən çıxarılması, hərbi təhdidlərdən xilas olması yalnız ulu öndərin həyata keçirdiyi çevik və uğurlu siyasət nəticəsində mümkün olmuşdu.

Ümummilli liderimiz muxtar respublikanın təhlükəsizlik və müdafiə problemlərinin həllinə də xüsusi diqqət yetirmiş, bu məqsədlə xüsusi xidmət orqanlarında mühüm islahatlar həyata keçirmişdir. Belə ki, 1991-ci ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin tabeliyində olan Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizlik Komitəsinin fəaliyyəti dayandırılmışdır. 1992-ci il sentyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin yaradılması haqqında qərar qəbul edilmişdir.

Azərbaycan Respublikasında xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq və dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə Prezident İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradılmışdır. Naxçıvan Muxtar Respublikasında da idarəetmə strukturu təkmilləşdirilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 18 dekabr 2015-ci il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti yaradılmışdır.

Yeni yaradılan Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin qarşısında milli maraqların etibarlı qorunması və təhlükəsizliyin hərtərəfli təmin edilməsi əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdirildi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Bu gün Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında milli təhlükəsizliyin təmin edilməsi qarşıda duran başlıca vəzifədir”.

Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidməti ötən dövr ərzində dövlətsiyasətinin həyata keçirilməsində və sabit ictimai-siyasi mühitin yaradılmasında uğurlu fəaliyyət göstərmiş, dövlətimizin milli mənafelərinin qorunmasını təmin etmişdir. Bu gün xidmət dövlət təhlükəsizliyinin keşiyində dayanmaqla yanaşı, həm də yeni dövrün çağırışlarına hazır olmaqla gələcəyin təminatçısı funksiyasını yerinə yetirir. Ötən dövr ərzində xidmətin əməliyyat fəaliyyətinin bütün aparıcı istiqamətləri üzrə həyata keçirdiyi tədbirlər nəticəsində təhlükəsizliyimizə və milli maraqlarımıza qarşı yönəlmiş cinayətkar əməllərin vaxtında aşkarlanması və qarşısının alınması istiqamətində uğurlu nəticələr əldə edilmişdir.

Dövlət quruculuğu prosesində yaxından iştirak edən Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidməti muxtar respublikanın ictimai-siyasi, elmi-mədəni mühitinin inkişafında, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin bütün istiqamətləri üzrə işin səmərəli təşkilində, ən başlıcası vətəndaşların təhlükəsizliyinin təmin olunmasında digər dövlət qurumları ilə əlaqəli şəkildə fəaliyyət göstərir. Bu gün təhlükəsizlik xidməti Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin hüquq-mühafizə orqanları qarşısında mühüm vəzifə kimi qoyduğu ümumprofilaktik tədbirlərin keçirilməsi işini də daim diqqət mərkəzində saxlayır. Əməkdaşlar tərəfindən gənc nəslin milli və əxlaqi dəyərlərə, adət-ənənələrimizə, dövlətçiliyimizə sadiq, vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Mütəmadi olaraq əhali arasında maarifləndirici söhbətlər aparılır, onlara ölkə vətəndaşlarını şirnikləndirici, aldadıcı vədlərlə qanunazidd və cinayətkar əməllərə sövq etməyə çalışan ayrı-ayrı təşkilatlar, eləcə də son dövrlər beynəlxalq aləmi təhdid edən radikal, qeyriənənəvi dini qruplaşmalar və onların pozuculuq fəaliyyətləri barədə ətraflı məlumatlar verilir.

Bu gün milli maraq və təhlükəsizliyin müasir səviyyədə təmin olunması üçün bütün zəruri tədbirlər həyata keçirilir. Ötən dövrdə xidmətin maddi-texniki bazası davamlı olaraq gücləndirilmiş, rayon şöbələri üçün yeni inzibati binalar tikilərək istifadəyə verilmişdir. Bütün bunlarla yanaşı, kadr heyətinin vətənpərvər, ixtisaslı, savadlı gənclərlə komplektləşdirilməsi, bacarıqlı kadrların irəli çəkilməsi, işin günün tələbləri və dəyişən əməliyyat şəraitinə uyğun qurulması xidməti fəaliyyətin yüksək səviyyədə təşkilinə və aparılmasına şərait yaratmışdır.

Son dövrlər milli təhlükəsizlik məsələləri daha da aktuallaşmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Ölkəmizin hərtərəfli inkişafı üçün, Azərbaycan xalqının rifah, sülh şəraitində yaşaması üçün sabitlik, ictimai-siyasi asayiş qorunmalıdır, təhlükəsizliyimiz təmin olunmalıdır”.

Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti bundan sonra da dövlət müstəqilliyimizin, təhlükəsizliyimizin və mövcud sabitliyin qorunması istiqamətində bütün qüvvə və səyini səfərbər edəcəkdir.

Aynurə Kərimli
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR