SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Ramil Usubov yeni rəis təyin etdi

27-03-2019, 11:04 | Oxunub: 8 748 |

 Ramil Usubov yeni rəis təyin etdi

Daxili İşlər Nazirliyinin Maliyyə-plan idarəsinə rəis təyin edilib.

Emtv.az xəbər verir ki, bu barədə müvafiq əmri daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə polis polkovnik-leytenantı Ramil Baloğlanov təyinat alıb.

O, bundan əvvəl Maliyyə-plan idarəsinin rəis müavini vəzifəsində çalışıb.

İdarədən məlumatı sözügedən sayta təsdiqləyiblər.

Qeyd edək ki, bir müddət əvvəl Ramil Usubovun əmrinə əsasən, DİN-in Maliyyə-plan idarəsinin rəisi, polis polkovniki Səxavəddin Abdullayev təqaüdə göndərilib.

Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR