SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

"Diqlas"ın zirzəmisində yanğın söndürülür

26-03-2019, 16:56 | Oxunub: 3 367 |

"Diqlas"ın zirzəmisində yanğın söndürülür

Bakıda "Diqlas" ticarət mərkəzinin zirzəmisində yanğının söndürülməsi işləri davam edir.

Emtv.az yerli mətbuata istinadən bildirir ki, ticarət mərkəzinin binasındakı yanğın məhdudlaşdırılsa da, zirzəmidə söndürülmə işləri davam edir. Zirzəminin bir hissəsi yanğından mühafizə olunub. Yanğın sahəsi 2 hektardan artıqdır.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 100-dən çox şəxsi heyəti, 20-dən artıq texnikası cəlb edilib.

Ticarət mərkəzi ilə yanaşı, ətrafdakı bitişik tikililər də yanıb. Əsasən, tikinti materialları, geyim əşyaları yanıb.

Araşdırmalardan sonra yanğının səbəbi məlum olacaq.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR