SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Nazirlik: "Ticarət mərkəzində gizli yanğın və tüstülənmə mənbələrini aşkar etmək üçün söküntü işləri aparılır"

26-03-2019, 13:38 | Oxunub: 4 473 |

Nazirlik: "Ticarət mərkəzində gizli yanğın və tüstülənmə mənbələrini aşkar etmək üçün söküntü işləri aparılır"

Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə baş verən yanğının ətraf ərazilərə yayılmasının və açıq alovun qarşısı alınıb.

Emtv.az xəbər verir ki, bu barədə yerli mətbuata Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.

Hazırda kəşfiyyat, soyutma, gizli yanğın və tüstülənmə mənbələrinin aşkar olunması üçün söküntü işləri aparılır.

Xatırladaq ki, bu gün səhər saatlarında paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində "Diqlas" ticarət mərkəzində güclü yanğın baş verib.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadaları və helikopterlər cəlb edilib.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR