SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Sumqayıtın "başsız" məktəbləri - Nə baş verir?

26-03-2019, 13:00 | Oxunub: 13 469 |

Sumqayıtın "başsız" məktəbləri - Nə baş verir?

Hazırda Sumqayıt şəhərindəki bir sıra ümumtəhsil məktəblərini direktoru yoxdur. Bu təhsil müəssisələrinə rəhbərlik edən şəxslər müxtəlif səbəblərdən vəzifələrindən uzaqlaşdırılıblar.

Emtv.az xəbər verir ki,ONA-nın yerli bürosu bununla bağlı kiçik araşdırma aparıb. Araşdırma nəticəsində 10 orta ümumtəhsil məktəbinin direktor vəzifəsinə rəsmi təyinatın olmadığı üzə çıxıb. Həmin məktəblərdə direktor vəzifəsi əvəzedicilərə tapşırılıb:

2 nömrəli orta məktəbin direktoru vəzifəsini Xalid Adıgözəlov icra edir.

Mətləb Quliyev adına 3 nömrəli məktəbin əvvəlki direktoru Tirmə Qurbanova yaş senzinə görə tutduğu vəzifədən azad ediləndən sonra təhsil müəssisəsinə yeni direktor təyinatı olmayıb. Burada hazırda direktor əvəzi Ülkər Çəndirlidir.

8 nömrəli məktəbin direktoru Vəkil İbrahimov vəzifəsindən çıxarıldıqdan sonra onu Ruhiyyə Abdullayeva əvəz edir.

9 nömrəli məktəb də bu sarıdan əziyyət çəkir. Bəhruz Səlimxanov direktor vəzifəsindən azad olunduqdan sonra direktor vəzifəsinin icrası Həqiqət Abdullayevaya tapşırılıb.

2012-ci ildə "Ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsinin qalibi olan Məhəmməd Füzuli adına 15 nömrəli tam orta məktəbin 20 ilə yaxın direktoru işləmiş Xanəli Məmmədov işdən azad olunduqdan sonra təhsil müəssisəsinə direktor təyinatı olmayıb. Məktəbdə Elmira Hacıyeva direktor vəzifəsini icra edir.
Zülfi Hacıyev adına 17 nömrəli tam orta məktəb də “başsız”dır. Rəna Rufullayevaya direktor səlahiyyətlərinin müvəqqəti icrası tapşırılıb.


Şəhərin 9-cu mikrorayonunda yerləşən 23 nömrəli məktəb də direktorsuzdur. Reyhan Yunisova isə direktor əvəzidir.

Hacı Zeynalabdin qəsəbəsində yerləşən 32 nömrəli tam orta məktəb də direktor sarıdan korluq çəkir. Burada Esmira İbrahimova direktor səlahiyyətlərini müvəqqəti icra edir.

34 nömrəli tam orta məktəbdə isə Nizami Məmmədov direktor deyil, əvəzedicidir.

Hacı Zeynalabdin qəsəbəsində yerləşən daha bir məktəbdə də direktor yoxdur. 40 nömrəli tam orta məktəbdə Əlhəddin Paşayev direktor əvəzidir.

Qeyd edək ki, Sumqayıtda 50 ümumi təhsil məktəbi var.


Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR