SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Bakıda ticarət mərkəzində GÜCLÜ YANĞIN

26-03-2019, 12:20 | Oxunub: 6 463 |

Bakıda ticarət mərkəzində GÜCLÜ YANĞIN

12:08

Paytaxtda "Diqlas" ticarət mərkəzindəki yanğının yayılmasının qarşısı alınıb.

Emtv.az-ın Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə baş verən yanğının yayılmasının qarşısı alınıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti və Aviasiya dəstəsinin 3 ədəd helikopteri tərəfindən yanğının söndürülməsi üçün tədbirlər davam edir.


11:17

Bakının Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzində baş vermiş yanğının söndürülməsi zamanı Fövəqladə Hallar Nazirliyinin (FHN) əməkdaşı xəsarət alıb.

Emtv.az bildirir ki, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində yanğınsöndürmə briqadasının bir əməkdaşı sağ əlin kəsilmiş yarası ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Qurumdan bildiriblər ki, hazırda hadisə yerinə 6 yanğınsöndürmə briqadası cəlb edilib.

Xatırladaq ki, bu gün səhər saatlarında paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində "Diqlas" ticarət mərkəzində güclü yanğın baş verib.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadaları və helikopterlər cəlb eilib.

Yanğın davam edir.


10:40

Paytaxtın Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzində yanğın davam edir.

Emtv.az yerli mətbuata istinadən bildirir ki, hadisə yerinə fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov gəlib.

Hazırda yanğının söndürülməsi ilə bağlı tədbirlər davam etdirilir.

Xatırladaq ki, bu gün səhər saatlarında paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində "Diqlas" Ticarət Mərkəzində güclü yanğın baş verib.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadaları və helikopterlər cəlb eilib.


10:06

Bakıda ticarət mərkəzində baş vermiş güclü yanğının söndürülməsinə helikopter də cəlb olunub.

Emtv.az yerli mətbuata istinadən bildirir ki, Bakının Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə davam edən yanğının söndürülməsinə FHN-in Aviasiya dəstəsinin helikopteri cəlb olunub.


09:36

Fövqəladə Hallar Nazirliyi Bakıda ticarət mərkəzindəki güclü yanğınla bağlı məlumat yayıb.

Məlumatda deyilir: "Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Çağırış ünvanına cəlb olunan Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğınsöndürmə işləri və digər təxirəsalınmaz tədbirlər görülür. Əlavə məlumat veriləcək".

09:00

Emtv.az xəbər verir ki,yerli KİV hadisə yerindən verdiyi məlumata görə, hazırda 10 yanğınsöndürən maşın fəaliyyət göstərir.

İlkin versiyaya görə, yanğına səbəb dönərxanada baş verən qısaqapanmadır.

08:45

Bakının Nizami rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə Naxçıvanski küçəsində, 8-ci km bazarının yaxınlığında qeydə alınıb.

Məlumatda bildirilir ki, həmin ünvanda yerləşən "Diqlas" ticarət mərkəzində hazırda yanğın davam edir. Ərazi sıx ticarət obyektləri ilə əhatəli olduğundan yanğının miqyasının arta biləcəyi təhlükəsi var.

Əraziyə FHN-in yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Hazırda hadisə yerində yanğının söndürülməsi işləri aparılır.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR