SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“Sənin verilişində nə itim azıb?” - Afətlə Roza arasında sosial şəbəkə qalmaqalı

26-03-2019, 11:57 | Oxunub: 13 648 |

“Sənin verilişində nə itim azıb?” - Afətlə Roza arasında sosial şəbəkə qalmaqalı

Afət Fərmanqızının ətrafında baş verən qalmaqallara yenisi əlavə olunub. Belə ki, bu dəfə müğənni Roza Zərgərli ilə onun arasında qalmaqal baş verib.

Emtv.az xəbər verir ki, əvvəl Roza video çəkərək, Afətin xalq artisti Flora Kərimovanı təhqir etdiyinə görə üzr istəməyinin vacib olduğunu bildirib.

Buna cavab olaraq Afət Fərmanqızı öz instaqram səhifəsindən canlı efirə çıxaraq Rozaya "Roza, sən mənə fikir bildirəcək ən son adamsan" deyə cavab verib.

Bu cavab iki sənətçinin arasında olan qalmaqalı daha da qızışdırıb.

Daha sonra ikinci tərəf öz sosial səhifəsindən video paylaşaraq "Sənin kimi ucuz ifaçıları, efirimə qoymuram" fikrini bildirib.

Qeyd edək ki, Roza Zərgərli ATV kanalında müəllifi olduğu "Bakı vaxtı ilə" ədəbi-bədii, musiqili verilişinin aparıcısıdır.

İki xanım arasında qalmaqal bununlada bitməyib. Bundan sonra xanım sənətçi yenə də sosial şəbəkə hesabından istifadə edərək Roza Zərgərlinin keçmiş fotosunu paylaşaraq bu sözləri əlavə edib:

"Bakı vaxtı ilə" verilişi efirdədir. Tolik, bu o dərəcədə irəli gedib ki, öz aləmində sənə dərs keçmək istəyir. Mənə də həşarat deyir və sənin kimiləri verilişimə qoymuram deyir. Mən Azərbaycan teleməkanında ən reytinqli verilişlərdən olan, Tolikin verilişinə çıxan müğənniyəm. Sənin verilişində nə itim azıb? Tolik, bu həşarat, sənin verilişində olan maşın məsələsinə də hətta dil uzadır (veriliş aparıram deyir, yazdığı yazıda 12 qrammarik səhv tutdum). Gəl canlı oxuyaq, qaçacaqsan söhbətimdən bilirəm. Gəncədəki toyda necə oxudunsa, o toyun xınasını ev sahibi sənə demisdi, əlindən alıb mənə verdi. Bax o yaman yandırıbaa".

Bununla da kifayətlənməyən sənətçi məşhur prodüser və "Xəzər" televiziyasında "Hər şey daxil" verilişinin aparıcısı Tarix Əliyevi (Tolik) də münaqişəyə cəlb edərək üç tərəfli qalmaqal yaradıb.

Xatırladaq ki, F. Kərimova ARB TV-də yayımlanan verilişlərin birində Afətin ifasını tənqid etmişdi. Fərmanqızı isə öz növbəsində xanım sənətkarın "Qaynana" filmindən olan fotosunu paylaşaraq "Bu vannadakı şəklinizi görəndən sonra ağlım başımdan çıxdı. Bir də ayıldım ki, qəzəli hind melodiyası ilə oxumuşam. Qısacası, günah sizdədi. Siz bu vannaya uzanmasaydınız, mən də qəzəli o cür oxumazdım. Mənim belə şəklim olsa, vannamı başıma aşırtmışdınız" sözlərini yazaraq, onu lağa qoymuşdu.

Bu sözlərdən sonra sənət aləmi xalq artisti Flora xanımı müdafiə edənlər və Afətə dəstək verənlər olmaqla iki yerə bölünüb.


Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR