SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycanda 170 manata ət satılır...

25-03-2019, 16:14 | Oxunub: 11 801 |

Azərbaycanda 170 manata ət satılır...

Bu gün dünyanın bir çox ölkələrində ətin qiyməti keyfiyyətinə, heyvanın cinsinə və digər amillərə görə tənzimlənir. Avropa Birliyinə üzv dövlətlərdə, həmçinin ABŞ-da da bu təcrübə həyata keçirilir. Təqdim olunan qiymətlər, üzərindəki təsnifat, yağlılıq dərəcəsi, heyvanın cinsinə nəzər yetirməklə həm münasib qiymətə ət seçmək, həm də ətin keyfiyyətli olub-olmamasını müəyyənləşdirmək mümkündür. Həmçinin bir müddət öncə Türkiyədə də ətin qiyməti ilə bağlı yeni siyasət müəyyənləşib.

Maraqlıdır, bu proqram Azərbaycanda tətbiq olunarsa, nə kimi töhfələr verə bilər?

Emtv.az bildirir ki, iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik-Azərbaycan-a açıqlamasında belə bir proqramın ölkəmizdə tətbiqinin təsirlərindən danışıb: "Elə ət məhsulları var ki, onların qiyməti kifayət qədər yüksəkdir. Bu cür ət məhsulları Cənubi Amerika və Avstraliyadan gətirilir. "Mərmər at" deyilən bir anlayış var. Bu ətin kilosu çox bahadır, bəzi hallarda 100 dollardan da yüksək olur. Bunun da bəlli səbəbləri var. O səbəbdən düşünürəm ki, bütün ət məhsullarının müəyyən kateqoriyalarla təsnifləşdirilməsi müsbət hal kimi qiymətləndirilə bilər".

N.Cəfərli qeyd edib ki, bu siyasətin reallaşdırılması üçün Azərbaycanda infrastruktur yaradılmalıdır: "Bir sıra ölkələrdə ətin qiyməti onun keyfiyyəti, kalorisi, cinsi, yağlılığı və digər amillərdən asılı olaraq dəyişilir. Bu siyasət həmin ölkələrdə uğurla reallaşdırılır. Lakin Azərbaycanda bu siyasətin uğurla reallaşdırılması üçün bir infrastruktur formalaşmayıb. Bunun üçün ilk olaraq potensial istehsalçıların qeydiyyatı aparılmalıdır".

"Azərbaycanda ət bazarında yerli məhsullar üstünlük təşkil etdiyi üçün çox zaman kənd yerlərində fermerlər kəsdikləri əti qapılarında satırlar. İstehsalçıların qeydiyyatı olmadığı üçün biz ölkədə nə qədər ətin istehsal olunması haqda dəqiq rəqəmlərə sahib deyilik. Bundan sonra isə ətlər markalanmalıdır. Növbəti mərhələdə isə prosesin daha asan reallaşması üçün elektron fəaliyyətə keçirilməlidir", - ekspert əlavə edib.

N.Cəfərli hesab edir ki, bu siyasət ölkəmizdə də tətbiq edilərsə, ətin markalaşması prosesi istehsalçıların qeydiyyata alınması ilə paralel həyata keçirilməlidir: "Markalaşma olduqdan sonra ətin təbiiliyi, yağlılığı, heyvanın cinsinə görə qiymət fərqləri yarana bilər. Avropada elə ərzaq dükanları var ki, orada heyvanın yemində heç bir qatqıdan istifadə olunmayan kənd təsərrüfatı məhsulları satılır. Bu məhsullar sırasında ət məhsulları da var və qiymətlər digərləri ilə müqayisədə fərqlidir".

"Azərbaycanda da belə bir praktikanın həyata keçirilməsi ilk olaraq alıcılar üçün daha müsbət addım kimi qiymətləndirilə bilər. Çünki yalnız bu zaman alıcı almaq istədiyi ətin tərkibi haqda məlumatlı olacaq", - o qeyd edib.

Bu gün Azərbaycanda ətin keyfiyyəti və tərkibindən asılı olmayaraq qiyməti 10-14 manat arasında dəyişilir. Ölkədə orta aylıq əmək haqqının 544.1 manat olması isə əhaliyə kifayət qədər ət istehlak etməyə imkan vermir. Məhz bu səbəbdən də Azərbaycanda adambaşına düşən ət istehlakı digər ölkələrlə müqayisədə kifayət qədər aşağıdır. chartsbin.com-un hesabatına görə, ölkəmizdə ət istehlakında adambaşına düşən illik rəqəm 32 kiloqramdır.

İllik olaraq ət istehsalı ilə bağlı rəqəmlərə nəzər saldıqda Azərbaycanın bir sıra ölkələrdən geridə olduğunu görə bilərik. ourworldindata.org-un yayımladığı son hesabata görə, Azərbaycanda 122.370 ton ət istehsal olunub. Rusiyada bu rəqəm 3.77, İranda 2.8, Türkiyədə 1.91, Ukraynada 1.17, Cənubi Afrikada 1.71 milyon ton ət istehsal olunur. ABŞ-da isə bu rəqəm qat-qat yüksək olaraq, 20.39 milyon təşkil edir.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR