SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

10 448 tənha ahıl və əlilliyi olan şəxs evlərində sosial xidmətlə təmin olunur

25-03-2019, 15:58 | Oxunub: 9 435 |

10 448 tənha ahıl və əlilliyi olan şəxs evlərində sosial xidmətlə təmin olunur

Əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan, özünəqulluq qabiliyyəti olmayan və sosial xidmətə ehtiyac duyan tənha ahıllar və əlilliyi olan şəxslər (yoluxucu və ya ağır formalı ruhi xəstəlikləri olmadıqları halda) qanunvericiliyə uyğun olaraq, evlərində sosial xidmətlə təmin edilirlər.

Emtv.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin-ə istinadən xəbər verir ki, hazırda nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin sosial xidmətçiləri 10 448 tənha ahıl və əlilliyi olan şəxsə evlərində sosial xidmət göstərirlər. Onlar həftədə azı iki dəfə olmaqla tənha ahıl və əlil şəxslərin evlərinə gəlir, ev təsərrüfatında təmizlik işləri aparılması, zəruri ərzaq, sənaye və məişət mallarının alınması, yemək hazırlanması və s. işlərdə köməklik edirlər.

Evlərində sosial xidmətlə təmin olunanlardan 85 faizə qədəri ahıllar (yaşı 70-dən yuxarı olanlar), qalanları əlilliyi olan şəxslərdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi "DOST xonçası" kampaniyası çərçivəsində həmin tənha ahıllar ziyarət olunur, onlara "DOST xonçası" olaraq bayram sovqatı təqdim edilir, bayram təbrikləri çatdırılır. Müxtəlif dövlət təşkilatları, özəl qurumlar, ayrı-ayrı fiziki şəxslər, tanınmış simalar "DOST xonçası" kampaniyasına qoşulurlar. Bununla bir tərəfdən cəmiyyətdə ahıllara diqqət və qayğı təşviq edilir, eyni zamanda, tənha ahıl insanlara Azərbaycan cəmiyyətinin hər zaman onların yanında olduğu əyani nümayiş olunur.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR