SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Ermənistanda bunt qaldıran əsgərləri Qarabağa sürgün etdilər

25-03-2019, 10:42 | Oxunub: 7 504 |

Ermənistanda bunt qaldıran əsgərləri Qarabağa sürgün etdilər

Ermənistanda martın 17-də qiyam qalxan hərbi hissənin əsgərlərinin bir qrupunu cəza olaraq Qarabağa sürgün ediblər.

Emtv.az virtualaz.org-a istinadən xəbər verir ki, buna etiraz olaraq əsgərlərin valideyinləri və yaxınları martın 23-də Yerevanda hökumət binası qarşısında aksiya keçiriblər.

Aksiya iştirakçıları Müdafiə Nazirliyinin hərbi hissədəki iğtişaşın iştirakçılarını bu cür cəzalandırmasından hiddətləndiklərini bildiriblər. Əsgər analarının bildirdiyinə görə Mehridəki hərbi hissədə baş vermiş insidentin günahkarı Qasparyan familiyalı zabitdir və onun hərəkətlərinə görə yüzlərlə əsgər hərbi hissəni tərk etmək istəyib. Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovanisyan isə deyib ki, insidentə görə həm zabitlər, həm əsgərlər cəzalandırılıb.

Xatırladaq ki, Mehridəki hərbi hissədə zabitlər və əsgərlər arasında baş vermiş qarşıdurma zamanı yüzlərlə çağırışçı əsgər hərbi hissəni tərk etmək istəyib. Yolda onların qarısında polk komandiri çıxıb və əsgərləri dilə tutaraq geri qaytarmağa nail olub.

"Həmin gün gecə yarısı əsgərləri sıraya düzüblər. Onların arasından 20-ni seçiblər, hərbi formalarını cırıblar, telefonlarını əllərindən alıblar və avtobusla Qafandakı Hərbi polis bölməsinə göndəriblər. Oradan isə bir qismini Stepanakertə (Xankəndi-red.) aparıblar", - aksiya iştirakçılarından biri deyib.

Onun bildirdiyinə görə insident əsgərlərdən birinin Qasparyan familiyalı zabitə yaxınlaşıb onu başqa rotaya keçirməyi xahiş etməsindən sonra başlayıb. Zabit bu xahişə görə əsgəri söyüb, onu alçaldıb, bu zaman polkun bütün əsgərləri həmin əsgəri müdafiə edib. "Yüzlərlə əsgər hərbi hissəni tərk edib. Yolda onları polk komandiri qarşılayıb və hərbi hissəyə geri qaytara bilib", - aksiya iştiraçısı bildirib.

Qadın deyir ki, insident və oğlunun başına gələnlər haqda ancaq oğlu Dağlıq Qarabağdan ona zəng vuranda eşidib. Digər aksiya iştirakçısı isə deyib ki, özü hərbi hissəyə zəng vurub və oğlunun yerini soruşub. Oradan isə deyiblər ki, əsgərin yerini bilmirlər, ola bilsin Qafanda, hərbi polisdədir.

"Mən Gümrüdən Qafana getdim. Maraqlandım. Məlum oldu ki, oğlum orada yoxdur, soruşuram, bəs haradadır? Deyirlər yəqin Qarabağa göndəriblər", - həmin qadın bildirir.

Hökumət binası qarşısında aksiyadan sonra əsgər valideyinləri Müdafiə Nazirliyinin qarşısına gediblər və orada etirazlarını bildiriblər.

Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts isə hesab edir ki, hərbi hissədəki insidentlə bağlı vətəndaş cəmiyyəti fəallarının iştirakı ilə komissiya yaradılmalıdır. "Əsgrlərin başqa hərbi hissəyə göndərilməsinə yol vermək olmaz. Bu, baş verənlərin üstünü ört-basdır etməyə xidmət edir", - o bildirib.


Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR