17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Şişləri əridən, insanı arıqladan bitki
10 aylıq müalicə səfərinin sonunda şişlərdən azad olacaq, bədənimiz bütün artıq şlaklardan təmizlənəcək, sanki anadan yeni doğulmuş kimi olacağıq.
Emtv.az yerli mətbuata istinadən bildirir ki, bizə bu tükənməz sağlamlığı verən Qafqaz şaxtagülü bitkisinin kökləridir. Bu bitki Qafqazda geniş yayılıb, bu da bizə Allahın bir lütfüdür. Qafqaz xalqlarının 1001 dərdinə dava olan bu bitkini 2009-cu ilin aprelində Berlində alimlər ətraflı öyrənmiş və gözlənilməz nəticələr almışlar.
Şaxtagülü dəmləməsi onkoloji xəstələrə verildikdə yalnız şiş hüceyrələrinə təsir etdiyi, sağlam hüceyrələrə isə toxunmadığı aydın olmuşdur. Maraqlısı odur ki, şiş hüceyrələri özləri-özlərini sıradan çıxarmağa başlamışdır. Yerləşmə nahiyəsindən asılı olmayaraq limfadenit, fibroma, mioma, adenoma, kista, mastopatiya, prostat adenoması, karsinoma kimi şiş xəstəlikləri zamanı bu bitkidən 10 ay istifadə edilir. Hər ayda görüləcək xeyirləri haqda da məlumat verəcəm.
Bu bitkidən çox ehtiyatla istifadə olunmalıdır, gündəlik norma yarım qram, yəni 1 çimdikdir.
100 qram suya 1 çay qaşığı bal, 1 çay qaşığı alma sirkəsi, 1 çimdik şaxtagülü bitkisinin köklərinin tozu qarışdırılır, səhər tezdən yeməkdən yarım saat əvvəl içilir.
1-ci ay müddətində içiləndə qan durulmağa və təmizlənməyə başlayır.
2-ci ay mədə-bağırsaq sistemi şlaklardan və bağırsaq daşlarından təmizlənməyə başlayır. Əsəblərin sakitləşməsi hiss olunur.
3-cü ay yüksəlmiş xolesterin və bilirubin səviyyələri normallaşır, öd möhtəviyyatı durulaşır.
4-cü ay böyrəklərdən daş, qum təmizlənib qurtarır.
5-ci ay gözlə aydın hiss oluna biləcək qədər çəki atılır, artıq piylərin əriməsi başlayır.
6-cı ay ürək, qan-damar çatışmazlıqları aradan qalxır, ürəyin oksigenə olan tələbatı azalır.
7-ci ay mədəaltı vəzə təsir başlayır və qanda şəkərin miqdarı normallaşır.
8-ci ay yüksək qan təzyiqi tənzimlənir.
9-cu ay xəstə osteoxondroz, artrit, artroz, radikulit, revmatizm, bronxit, bronxial astma kimi xəstəliklərlə xudahafizləşir, ideal bədən forması əldə olunur.
10-cu ay bütün növ xoş xassəli şişlər sorulur.
Bədxassəli şişlərin müalicəsində isə həkiminizlə məsləhətləşib sonra istifadə edə bilərsiniz.
Bu bitkinin işlədici, sidikqovucu, ödqovucu, şlaktəmizləyici, toksinatıcı, sakitləşdirici effektləri vardır.
DİQQƏT: 15 yaşından aşağı uşaqlara, südverən analara, hamilələrə və ürəyində qüsur olanlara istifadəsi qadağandır! Yazılmış dozanı artırmaq həyati təhlükə törədə bilər.
Nəzrin Abbaszadə
Emtv.az