17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Astana şəhəri Nur-Sultan oldu
Qazaxıstanın yeni Prezidenti Kasım-Jomart Tokayev paytaxtın adının dəyişdirilməsi barədə konstitusiyaya dəyişikliyi imzalayıb.
Emtv.az xarici KİV-ə istinadən xəbər verir ki, dövlət başçısının imzaladığı qanunda deyilir: "Qazaxıstan Respublikasının paytaxtı Astana şəhəri Nur-Sultan şəhəri adlandırılsın".
Qeyd edək ki, bundan əvvəl K.Tokayev paytaxtın adının martın 19-da istefa verən ölkənin ilk Prezidenti Nursultan Nazarbayevin şərəfinə adlandırılmasını təklif etmişdi. Martın 20-də parlametin deputatları konstitusiyaya müvafiq dəyişikliyi qəbul ediblər. Dəyişikliyin qüvvəyə minməsi üçün dövlət başçısının qanunu imzalaması lazım idi.
Xatırladaq ki, Astana şəhərinin adı 1961-ci ilədək Akmolinsk, 1961-1992-ci illərdə Tselinoqrad, 1992-1997-ci illərdə isə Akmola olub. Şəhərə Astana adı (mənası "paytaxt") 1998-ci ildə Qazaxıstan paytaxtı statusu alanda verilib.
Aynurə Kərimli
Emtv.az