17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Avropada iyrənc provokasiya - Quran kitabı yandırıldı
Bu gün Danimarkada Parlament binası qarşısında bir qrup müsəlman icazəli mitinq keçirib.
Emtv.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar Yeni Zelandiyada ötən həftə törədilən terror aktına etiraz olaraq keçirilən mitinqdən sonra bina qarşısında Cümə namazı qılıblar.
Bunu həzm edə bilməyən radikal anti-islamçılar öncə avtomobillərdə yüksək səs çıxararaq namaza mane olmağa çalışıblar. Əllərində İsrail bayrağı daşıyan həmin şəxslər bununla da kifayətlənməyiblər. Belə ki, Miqrant və İslam əleyhinə sərt hərəkatın lideri Rasmus Paludan Qurani-Kərimi yandırıb. O, bu hərəkəti ilə müsəlmanları provokasiyaya çəkməyə çalışıb.
Polislər ərazidə geniş təhlükəsizlik tədbiri görsələr də, Paludanın hərəkətinə də mane olmayıblar.
Qeyd edək ki, Danimarka İslama qarşı ən radikal mövqe tutan ölkələrdən biridir.
Sevinc Əlimova
Emtv.az