SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Səlim Müslümovun qohumu niyə gərginlik yaradır?

16-03-2019, 12:05 | Oxunub: 8 821 |

Səlim Müslümovun qohumu niyə gərginlik yaradır?

Bu il fevralın 5-də ölkə ərazisində baş verən zəlzələ nəticəsində Ağsu rayonu İlyas Allahverdiyev küçəsi, ev 13 ünvanında yaşayan İmanovlar ailəsi ciddi ziyan görüb.

Emtv.az yerli mətbuata istinadən bildirir ki, Fazilə İmanova onsuz da qəzalı olan ikiotaqlı evləri təbii fəlakətdən sonra uçulub-dağılmaq təhlükəsi ilə üz-üzə olduğunu deyərək yerli rəhbərliyin biganəliyindən şikayət edir:

“Evimiz onsuz da köhnə idi. Bu zəlzələdən sonra daha çox ziyan dəydi. Bununla bağlı Ağsu Rayon İcra Hakimiyyətinə getdik. İyirmi gündən sonra gəlib evə baxış keçirdilər. Amma heç bir rəy bildirmədən getdilər. Halbuki, ətrafda olan qonşuların evlərinin təmir işlərinə artıq başlanılıb. Bəs yaxşı, bizim evi niyə təmir etmək istəmirlər? Prezident bununla bağlı sərəncam da verib, amma buradakılar qulaqardına vururlar. Dörd körpə uşağım var, qorxudan ağlaşıb, evə girmirlər.

Şikayətçi bildirir ki, fevral ayından bu yana dəfələrlə icra başçısının qəbulunda olublar. Hətta Fövqəladə Hallar Nazirliyinin Ağsudakı nümayəndələri ilə də görüşüblər:

“Hər dəfə deyirlər ki, gedin, düzələcək. Artıq boş və yalan vədləri eşitməkdən bezmişik, gəlib baxmırlar da. Hətta Fövqəladə Hallar Nazirliyinin hazırda burada olan nümayəndələri ilə də görüşmüşük. Hamısı da deyir ki, gözləyin, gəlib baxacağıq. Burada elə evlərin təmirinə pul ayırıblar ki, hec ehtiyac yoxdur. Ailəmiz altı nəfədən ibarətdir. Nə yoldaşım, nə də ki, mən işləmirəm. Ayda uşaqlara görə 188 manat sosial müavinət alırıq. Başımızı soxmağa bir evimiz var idi. O da uçub gedir. Evə ancaq gecə yatanda giririk. İkiotaqlı mənzildir. Qarşısında şiferlə mətbəx düzəltmişik”.

İddia olunanlarla bağlı Emtv.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR