SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Bakı-Astara-İran dəmir yolu ikixətli olacaq

15-03-2019, 13:31 | Oxunub: 3116 |

Bakı-Astara-İran dəmir yolu ikixətli olacaq

"Azərbaycan Dəmir Yolları" QSC Dünya Bankından Bakı-Astara-İran dövlət sərhədi dəmir yolunun bir hissəsinin rekonstruksiyası üçün kreditin alınması imkanını nəzərdən keçirir.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bunu jurnalistlərə QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, rekonstruksiya işləri üçün vəsaitin bir hissəsini dövlət büdcəsindən ayırmaq planlaşdırılır: "Ümumilikdə rekonstruksiya yolun 243 kilometrlik hissəsini əhatə edəcək. Bu işlər nəticəsində dəmir yolu genişlənərək ikixətli olacaq".

C.Qurbanov əlavə edib ki, Lənkəran rayonu ərazisində Bakı-Astara dəmir yolunun yeni sahəsinin layihələndirilməsi ilə bağlı xarici şirkətlərlə iş aparılır. Layihələndirmə 2019-cu ilin sonunadək başa çatacaq.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR