SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Ərdoğandan ABŞ-a cavab: “Geriyə addım atmayacağıq”

15-03-2019, 12:56 | Oxunub: 1845 |

Ərdoğandan ABŞ-a cavab: “Geriyə addım atmayacağıq”

ABŞ-ın təzyiqlərinə baxmayaraq, Ankara Rusiyanın "S-400" zenit-raket komplekslərinin tədarükü məsələsində geri addım atmaq fikrində deyil.

Emtv.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Haberturk" telekanalına müsahibəsində deyib.

"Biz bu məsələni ("S-400"lərin alışını) bitirmişik. Geri addım atmaq barədə söz ola bilməz. Rusiya bu ilin iyulunda zenit-raket komplekslərinin tədarükünə başlayacaq", - Ərdoğan vurğulayıb.

Onun sözlərinə görə, Ankara "Patriot" hava hücumundan müdafiə sistemlərinin alınması ilə bağlı ABŞ-ın təklifini nəzərdən keçirməyə hazırdır. Lakin birgə istehsal, texnologiyanın paylaşılması və həmin sistemlərin qiyməti ilə əlaqədar bir neçə vacib kriteriya var. Ərdoğanın fikrincə, bu kriteriyalar üzrə Rusiyanın yanaşması çox pozitiv olub.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR