SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıb

15-03-2019, 11:50 | Oxunub: 2296 |

Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıb

Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıb.

Emtv.az Müdafiə Nazirliyin-ə istinadən xəbər verir ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən genişmiqyaslı təlimlərin yekunlarına dair Müdafiə Nazirliyinin səyyar kollegiya iclası keçirilib.

Nazirliyin rəhbər heyəti, birlik və birləşmələrin komandir və qərargah rəisləri, o cümlədən məsul zabitlərin iştirak etdiyi iclasda müdafiə naziri general-polkovnik Zakir Həsənov "Azərbaycan Ordusunun 2019-cu tədris ilinə vəzifələrinin dəqiqləşdirilməsi" mövzusunda məruzə ilə çıxış edib.

Təlimlərin nəticələrini təhlil edən müdafiə naziri bildirib ki, qarşıya qoyulan vəzifələr tam həcmdə icra olunub və plana uyğun olaraq qoşunlar irimiqyaslı döyüş əməliyyatlarını uğurla yerinə yetiriblər.

Müdafiə naziri qeyd edib ki, təlimlər zamanı idarəetmə orqanları və qoşunların əməliyyat hazırlığı daha da təkmilləşdirilərək yeni səviyyəyə yüksəldilib, qərargahlar qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra ediblər.

Nazir komandanlığın təlimə cəlb edilən qoşunları idarəetmə bacarığını və hərbi qulluqçuların döyüş əzmini yüksək qiymətləndirib.

General-polkovnik Z.Həsənov keçirilən təlimin əhəmiyyətini vurğulayaraq, Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları bir daha kollegiya iştirakçılarının diqqətinə çatdırıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb.

Təlimlərə 10 min nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR