SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Alimlər GPS texnologiyasına əvəzetmə hazırlayıblar

15-03-2019, 01:07 | Oxunub: 1558 |

Alimlər GPS texnologiyasına əvəzetmə hazırlayıblar

Böyük Britaniyanın Sasseks Universitetində "Emergent Photonics Lab" (EPic Lab) laboratoriyasının alimləri GPS texnologiyasına əvəzetmə kimi lazer şüalanması əsasında işləyən atom saatından istifadə ediblər.

Emtv.az AZƏRTAC-a istinadən xəbər verir ki, müasir smartfon və digər naviqasiya qurğularında GPS və QLONASS peyk sistemləri tətbiq edilir. Bu o deməkdir, istifadəçilər peyk siqnalının əlçatanlığı sahəsində daima beynəlxalq siyasətdən asılıdırlar. Belə görünür ki, indi bu problemin universal həlli meydana çıxıb.

İstehsalçılar belə hesab edirlər ki, onların texnologiyası insanların gündəlik həyatını dəyişdirəcək və avtomobil, pilotsuz uçan aparatlar, həmçinin aerokosmik sənayedə istifadə ediləcək. Hazırlanmış yığcam atom saatlarında kiçikölçülü çipə daxil edilmiş işıq impulsları tətbiq olunur. Bu, fiber-optik internet kabellərinin iş prinsipini xatırladır.

Yığcam atom saatları bir çox sahələrdə tətbiq edilə bilər. Məsələn, təcili yardım maşını, hətta tuneldə olarkən məkanı təyinetmə sistemindən istifadə edə, adi istifadəçilər isə mobil siqnalın əlçatmaz olduğu metro və ya başqa yerlərdə olarkən marşrutlarını planlaşdıra biləcəklər.

Elnur Abbasov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR