SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Daha iki gimnastımız Dünya Kubokunda finala çıxdı

14-03-2019, 18:04 | Oxunub: 2542 |

Daha iki gimnastımız Dünya Kubokunda finala çıxdı


Azərbaycan gimnastları Murad Ağarzayev və Nikita Simonov Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıblar.

Emtv.az xəbər verir ki, M.Ağarzayev sərbəst hərəkətlərdə 14.066 bal, N.Simonov isə halqalarla hərəkətlərdə 14.433 bal toplayaraq finala yüksəliblər.

Bundan əvvəl təmsilçimiz Marina Nekrasova dayaqla tullanma yarışlarında 13,966 xal toplayaraq həlledici mərhələsinə çıxıb.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir. Martın 17-nə qədər davam edəcək yarışların ilk günü kişilər təsnifat mərhləsində sərbəst hərəkətlər, paralel qollar və halqalar, qadın gimnastlar isə dayaqla tullanma və müxtəlif hündürlüklü qollar üzrə tapşırıqları yerinə yetirirlər.

Azərbaycanı Dünya Kubokunda Murad Ağarzayev, İvan Tixonov, Nikita Simonov və qadın idman gimnastımız Marina Nekrasova təmsil edirlər. M.Ağarzayev və N.Simonov üç alətdə çıxış edir, İ.Tixonov isə bütün alətlərdə gücünü sınayır. Qadın təmsilçimiz də bütün alətlərdə medallar uğrunda mübarizə aparır.

Dördgünlük turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.

Elnur Abbasov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR