SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Rusiyada “qanuni oğru”ların cəzası sərtləşdirildi

14-03-2019, 15:59 | Oxunub: 1517 |

Rusiyada “qanuni oğru”ların cəzası sərtləşdirildi

Martın 14-də Rusiya Dövlət Dumasında mütəşəkkil cinayətkar dəstələrin yaradıcılarının və iştirakçılarının cəzalandırılması barədə qanun qəbul olunub.

Emtv.az xarici KİV-ə istinadən xəbər verir ki, qəbul olunmuş qanun cinayətkar dəstənin yaradılmasına və rəhbərliyinə görə cinayət məsuliyyətini sərtləşdirir.

Belə ki, gələcəkdə bu maddə üzrə mühakimə olunan şəxslər Rusiya Qanunvericiliyində nəzərdə tutulan ən ağır cəza – ömrülük həbs cəzası belə ala biləcək.

Qanun layihəsi Dövlət Dumasına Rusiya prezidenti tərəfindən irəli sürülüb.

Qəbul olunmuş qanunla “kriminal iyerarxiya”da yüksək mövqenin tutulmasına görə cinayət məsuliyyəti təsbit olunub.

Sevinc Əlimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR