SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Yerevanda etirazçılar döyüldü, saxlanılanlar var - FOTO

14-03-2019, 15:56 | Oxunub: 1189 |

Yerevanda etirazçılar döyüldü, saxlanılanlar var - FOTO

Yerevanda Milli Akademik Opera və Balet Teatrının yaxınlığında yerləşən kafenin sökülməsinə etiraz əlaməti olaraq dünəndən etibarən kütləvi aksiya keçirilir.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, hökumətin qərarından narazı olan işçilər Maştots prospektini, daha sonra Tumanyan küçəsini bağlamağa cəhd ediblər.

Əraziyə cəlb olunan polis əməkdaşları vətəndaşlara güc tətbiq ediblər, saxlanılanlar var.

Ölkədə "məxməri inqilab"dan sonra baş tutan ilk toqquşmada etirazçılar Yerevan meri Ayk Marutyanla görüş tələb edirlər.

"Sputnik Ermənistan" xəbər verir ki, 16 nümayişçi polis şöbəsinə gətirilib.

Kafenin sökülməsi prosesi dayandırılıb. Müəssisənin əməkdaşları Azadlıq Meydanına toplaşıblar.
Yerevanda etirazçılar döyüldü, saxlanılanlar var - FOTO
Yerevanda etirazçılar döyüldü, saxlanılanlar var - FOTO
Yerevanda etirazçılar döyüldü, saxlanılanlar var - FOTO
Yerevanda etirazçılar döyüldü, saxlanılanlar var - FOTO
Nəzrin Abbazsadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR