SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Tacik qardaş məktəbli bacısının başını kəsdi - Namus cinayəti

14-03-2019, 13:58 | Oxunub: 3116 |

Tacik qardaş məktəbli bacısının başını kəsdi - Namus cinayəti

Tacikistanda İstaravşan şəhərinin Zərholol rayonundakı Oboddərə kəndinin sakini, 23 yaşlı Tolibcon Aşurkulovun məhkəməsi başa çatıb. Soqdiya vilayət məhkəməsinin qərarı ilə o, 11-ci sinifdə oxuyan bacısını xüsusi amansızlıqla qətlə yetirməkdə suçlanıb və 18 il müddətinə azadlıqdan məhrum olunub.

Emtv.az Tacikistan DİN-nin rəsmi saytına istinadən bildirir ki, cinayət 2018-ci ilin noyabrın sonunda törədilib.

İstaravşan şəhərindəki 42 saylı orta məktəbin 11-ci sinif şagirdi Orzugül Aşurkulova ötən ilin oktyabrın 28-də evdən çıxandan sonra geri qayıtmamışdı. Onun valideynləri qonşu və tanışlara səs salıb axtarışlara başlayandan sonra milisə müraciət etmişdi.

Lakin 17 yaşlı Orzugül tapılmamışdı.

Ay yarım sonra məktəbli qızın cəsədi aşkarlanıb. Məlum olub ki, oktyabrın 27-də Orzugül evdən çıxandan 3 saat sonra geri qayıdıb. Onu həyətdə böyük qardaşı Tolibcon qarşılayıb, söyüb, vurub və "ailəmizi biabır etdin!" deyib.

Qız mal tövləsinə qaçıb və özünü asacağını deyib.

Tolibcon bacısını tövlədə haqlayıb, soğan yığılan sintetik kisə ilə asıb. İki saat sonra tövləyə qayıdan Tolibcon bacısının başını kəsib.

Tolibconun atası, 50 yaşlı Bahodur Aşurkulov oğlunun qızı Orzugülü qətlə yetirdiyini anlayanda məşum cinayətə haqq qazandırıb. Oğlu ilə birlikdə Orzugülün cəsədini şaqqalayan ata sonradan parçaları polietilen kisələrə yığıb, "Opel Vectra" markalı avtomobilin yük yerinə qoyaraq Zərhalol kəndindən 3 kilometr aralıda, suyu qurumuş kanala apararaq basdırıb.

Orzugül Aşurkulovanın başsız bədənini ötən ilin dekabrın 11-də qonşulardan biri aşkarlayıb, dərhal milisə xəbər verib.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR