SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

İranda qaz kəməri partladı: ölənlər var

14-03-2019, 13:50 | Oxunub: 2665 |

İranda qaz kəməri partladı: ölənlər var

İranın cənubunda yerləşən Xuzistan vilayətinin Əhvaz-Mahşəhr magistral yolunun kənarında qaz boru kəməri partlayıb.

Emtv.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İranın Xuzistan vilayəti Əhvaz rayonu qubernatoru Camal Aləmi Nisi deyib.

A.Nisinin sözlərinə görə, yanğın nəticəsində 5 nəfər həlak olub, 6 nəfər yaralanıb.

Qubernator əlavə edib ki, yanğında həmçinin su tankeri və avtobus yanıb.

A.Nisi hadisənin terror aktı olmadığını, qaz sızması nəticəsində baş verdiyini bildirib.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR