SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Bakıda dönərdən zəhərlənən tələbələrdən xəbər var

14-03-2019, 13:29 | Oxunub: 3157 |

Bakıda dönərdən zəhərlənən tələbələrdən xəbər var

Bakının Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsi 21 ünvanında yerləşən “Köz dönər” kafesində dönər yeyən yeddi nəfər zəhərlənib.

Emtv.az Səhiyyə Nazirliyin-ə istinadən xəbər verir ki, həmin şəxslər Kliniki Tibbi Mərkəzə (KTM) aparılıb:

“Həmin şəxslərdən ikisi 18 yaşına çatmadığı üçün 2 saylı Əbülfəz Qarayev adına uşaq klinik xəstəxanasına yerləşdirilib. Beş nəfər isə KTM-in yoluxucu xəstəliklər şöbəsinə aparılıb. KTM-ə yerləşdirilən üç nəfər artıq evə buraxılıb”.

“Qalan xəstələrin ümumi vəziyyəti yaxşıdır. Zəhərlənənlərin həyati təhlükəsi yoxdur”, - deyə nazirlikdən qeyd edilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən yerli mətbuatın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır:

“Sahibkarlıq subyektindən götürülən nümunələr laboratoriyalara təqdim olunub. Nəticələrlə bağlı ictimaiyyətə geniş məlumat veriləcək”.


Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR