SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Həbsdən azad edilmiş şəxslər barədə vacib - QƏRAR

14-03-2019, 11:26 | Oxunub: 2788 |

Həbsdən azad edilmiş şəxslər barədə vacib - QƏRAR

Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin strukturu təsdiqlənib və işçilərinin say həddi müəyyənləşdirilib.

Emtv.az xəbər verir ki,bununla bağlı qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin strukturu təsdiq edilib və işçilərinin say həddi 42 vahid müəyyən olunub.

Mərkəzin strukturu aşağıdakı kimidir:

1. İnzibati idarəetmə heyəti.

2. Sosial reabilitasiyanın təşkili şöbəsi.

3. Təsərrüfat və xidmət şöbəsi.


Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR