SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

"Məni ömürlük şikəst ediblər..."

14-03-2019, 09:49 | Oxunub: 12 444 |

"Məni ömürlük şikəst ediblər..."

Emtv.az xəbər verir ki,Ucar şəhəri S.Vurğun küçəsi ev 21 sakini Əhmədov Hüseyn Canpolad oğlu yerli mətbuata şikayət ərizəsi ünvanlayıb. Narazı vətəndaş yazır:

"Bu şikayətimdə yazıb bildirirəm ki, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Travmatologiya Bölməsinin rəhbəri Qələndər Canbaxışov pulumu alıb səhv cərrahiyyə əməliyatı aparıb məni ömürlük şikəst edib ziyanlar vurmuşdur.

Belə ki, ayağımda topuğun qamış sümüyü sınmasına görə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Travmatologiya Bölməsinin rəhbəri Qələndər Canbaxışova müraciət etdim.Qələndər həkim məndən 800 manat pul alıb cərrahiyyə əməliyatı etdi.Əməliyyatdan bir neçə gün sonra yeriyən zaman məlum oldu ki, sağ ayağım 5 sm yerə çatmır.Bunun isə Qələndər Canbaxışovun səhv cərrahiyyə əməliyyatı nəticəsində baş verməsi müəyyən olundu.Qələndər həkim mənə məsləhət gördüki sən intensiv masaj terapeyası keməlisən ki, ayağındakı şikəstlik düzəlsin.
"Məni ömürlük şikəst ediblər..."
Bundan sonra mən inanıb həmin xəstəxanada günü 20 manata 1 ay masaj olundum, ancaq heç bir faydası oladı.Bu xəstəxanada Qələndər həkimin rəhbərliyi ilə məni soydular.Cərrahiyyə əməliyyatına 800 manat, ayağımdan şurub çıxarılması üçün 200 manat, sarğı açıb bağlamaq üçün hər gün 20 manat və sairə xərclərlə məni borca salsalarda sağalmamağım mənə iki qat ziyan vurdu.

Həmin pulu borc alıb Qələndər həkimə vermişəm.Atam və anam xəstəliyə görə 1-ci qrup əlildirlər, himayəmdə 4 azyaşlı uşaqlarım var.İndi ayağımda həkim səhlənkarlığına səriştəsizliyinə görə yaranmış şikəstlik məni çox narahat edir.Qeyd edim ki, Qələndər Canbaxışov əməkdar həkim, professor, tibb elmləri doktorudur.Ancaq bu adların heç biri bu səriştəsiz, savadsız adama layiq deyil.Bu adama tibb elimlərinin bəlası adı verilsə düzgün olar. Belə korrupsiyaya qurşanmış savadsız, səhlənkar və səriştəsiz həkimlərin yeri əslində zindan olmalıdır.Çünki onlar öz maddi maraqlarına görə insanları məhv və şikəst edirlər.Belə yaramaz həkimin mənə vurduğu ziyanın məbləği küllü miqdardadır.Çünki ayağımdakı şikəstliyin düzəlməsi üçün Türkiyədə cərrahiyyə əməliyyatı olunmalıyam ki, buna mənim maddi imkanım yoxdur.Mən çəkdiyim xərci həkim Qələndər Canbaxışovdan qaytarmasını istəsəmdə mənə rədd cavabı verib dedi ki, xoşun gəlmir get şikayət et.Diqqət edin ki, bu saxtakar həkim ona yaraşmayan saxta titullarına görə çox arxayındır deyə vətəndaşı şikəst etdiyi azmış hələ ona minnətdə qoyur.Buna isə cəzasızlıqdan azğınlaşma deyilir".

"Məni ömürlük şikəst ediblər..."

Daha sonra yerli mətbuata daxil olan müraciətdə qeyd olunur:"Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə müraciət edib xahiş edirəm səriştəsizliyinə, savadsızlığına görə məni şikəst etdiyi üçün Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Travmatologiya Bölməsinin rəhbəri Qələndər Canbaxışovun barəsində ciddi tədbirlər görəsiniz, məndən aldığı pulun özümə qaytarılmasına köməklik göstərəsiniz".


Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR