SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Yumurta istehsalçıları və idxalçılarına xəbərdarlıq edildi

13-03-2019, 17:16 | Oxunub: 3444 |

Yumurta istehsalçıları və idxalçılarına xəbərdarlıq edildi

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi monitorinqlər aparılır.

Emtv.az xəbər verir ki, Agentlikdən yerli mətbuata verilən məlumata görə, aparılan monitorinqlər zamanı bəzi sahibkarların idxal olunan və ölkədə istehsal olunan yumurtaların qutuları üzərindəki istehsal tarixlərini dəyişdirməsi halları aşkar olunub.

Eyni zamanda məlum olub ki, bəzi sahibkarlar xaricdən idxal olunan yumurtaları yerli müəssisələrin qutularına yerləşdirilərək "yerli yumurta" adı altında satışa çıxarır. Aşkar olunan faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.

Agentlik bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin diqqətinə çatdırır ki, bu kimi qanunazidd əməllər yolverilməzdir və belə şəxslər haqqında qanunvericilik çərçivəsində ən sərt tərbirlər həyata keçiriləcək.

Vətəndaşlardan satış şəbəkələrində belə hallarla rastlaşdıqda konkret faktlarla Agentliyin "1003" Çağrı Mərkəzinə zəng edib məlumat vermələri xahiş olunur.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR