SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Bakıda yayılmış qrip 7 yaşlı uşağın ağciyərini belə dağıtdı - FOTO

13-03-2019, 17:04 | Oxunub: 11 578 |

Bakıda yayılmış qrip 7 yaşlı uşağın ağciyərini belə dağıtdı - FOTO

Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibb İdarəsinin Ağciyər Cərrahiyyə Mərkəzində 7 yaşlı oğlan uşağı son anda ölümün əlindən xilas olunub.

Emtv.az xəbər verir ki,Bakıda yayılmış qrip 7 yaşlı uşağın ağciyərini belə dağıtdı -2 həftə öncə qrip infeksiyası keçirmiş 7 yaşlı oğlanda valideynlərin səhlənkar yanaşması və düzgün müalicə olunmaması səbəbindən ağciyərlərin destruktiv pnevmoniyası başlamış, daha sonra xəstəlik daha da dərinləşərək ağciyərin dağılmasına, irinli empiyema və pnevmatoraks kimi ölümcül vəziyyətə gətirib çıxarmışdır.

Uşaq ağır vəziyyətdə xəstəxanaya gətirilib. Kompüter tomoqrafiyası zamanı məlum oldu ki, ağciyər destruksiyaya uğrayıb. Uşaqda artıq ağciyər çatışmazlığı və sepsis inkişaf edib. Ona görə uşaq təcili əməliyyata alınır.

Əməliyyatı icra edən torakal cərrah, t.e.n Cəmil Ələkbərov bildirdi ki, əməliyyatla ağciyərin çürümüş-dağılmış hissələri rezeksiya olunaraq xaric edildi, irin təmizləndi, normal tənəffüs bərpa olundu. Uşağın plevra boşluğuna drenaj yeridilərək, 1 litrə qədər irin xaric olundu.

Hazırda uşağın vəziyyəti qənaətbəxşdir.

İrindən götürülmüş nümunə analizə göndərilib, ondan sonra hansı virusun bu xəstəliyi törətdiyi məlum olacaq".

Həkim bildirdi ki, bəzən sıradan qrip hesab etdiyimiz bir xəstəlik belə ağır nəticələrə səbəb olur. Ona görə valideynlər uşağın ağciyərlərini diqqətdə saxlamalı, vaxtında həkimə müraciət etməlidirlər ki, letal sonluq olmasın.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR