SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

GDU rektoru ilə bağlı ilginc iddia... - Prezidentə müraciət olundu

13-03-2019, 15:46 | Oxunub: 9 979 |

GDU rektoru ilə bağlı ilginc iddia... - Prezidentə müraciət olundu

"Hörmətli xanımlar və cənablar! - 11.03.2019 tarixində GDU rektoru Yusif Yusibov cənablarının rektor vəzifəsində işləməsinin 5 illiyi tamam oldu. Respublika Prezidenti 10 dekabr tarixində “Təhsil haqqında qanunun tətbiq edilməsi barədə” fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Həmin fərmana görə universitet rektorları 5 il müddətinə təyin olunurlar".

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki,bunu yazan GDU-nun sabiq əməkdaşı Fikrət Hacıyev sözlərinə belə davam edir:

"Təbii ki , bu fərman yeni təyin olunan rektorlara aiddir. Ancaq bu 5 il ərzində Yusif Yusibov cənabları ən savadsız və trolluqla məşğul olan insanlara yüksək vəzifə verərək, GDU-da təhsili sıfır səviyyəsinə endirmişdir. Son imtahan sesiyasında minlərlə tələbənin imtahanlardan artıq rüşvət alınması üçün kəsilməsi də yenicə sakitləşən Gəncə regionunda əlavə gərginlik yaratmışdır.

Bununla yanaşı Xocalı soyqırımından sonra könüllü Milli Orduya gedən tək GDU əməkdaşı kimi məni 2012-ci ildə 52 və 29 sutkalıq aclıq aksiyalarından sonra yenə də aclıq aksiyasına başlamağıma səbəb olan bu mənəviyyətsiz rektor, aclıq aksiyamın 10-cu sutkası olmasına baxmayaraq, hələ də mənimlə maraqlanmayıb. Buna görə Respublika Prezidentindən xahiş olunur ki, müstəsna hal kimi qanunun geriyə təsirinin olmaması müddüasını Yusif Yusibov üçün unudub, rektorun vəzifəyə təyin olunmasının 5 illiyinin tamam olduğun nəzərə alıb, onu vəzifəsindən uzaqlaşdırsın.

Bundan başqa 5 ildən çox rektor işləyən alimləri də öz yerlərinə işlərini yoxlayıb, yenidən təyin etsinlər ki, onlar da bu fərmanın təsirinə hüquqi cəhətdən düşə bilsinlər.

Təhsilimizi məhv edən rüşvətxor rektorları vəzifədən uzaqlaşdırmağı Respublika Prezidentindən xahiş edirik".

Nəzrin Abbaszadə
Emtv.az



OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR