SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

KİV: Türkiyə hərbçiləri S-400 raketlərinə görə Azərbaycana gələcək

13-03-2019, 13:06 | Oxunub: 3567 |

KİV: Türkiyə hərbçiləri S-400 raketlərinə görə Azərbaycana gələcək

Türkiyə Rusiyadan S-400 zenit-raket komplekslərini (ZRK) almazdan əvvəl hərbçilərinin müvafiq kurs keçməsini təşkil etmək istəyir.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bunun üçün türk hərbçilərin Rusiyadan əvvəl Azərbaycana gələcəkləri gözlənilir.

Qeyd edək ki, Türkiyə Rusiyadan S-400-ləri artıq iyul ayında alacaq.

Milli Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Baş Qərargahının təlimə gedəcək 100-ə yaxın hərbçinin seçiminə başladığı bildirilir.

S-400-lərlə bağlı kurs keçəcək hərbçilərin Rusiyadan əvvəl Azərbaycanda olacaqları iddia edilir. Onlar Azərbaycanda, xüsusilə S-300 raketləri ilə yaxından tanış olacaqlar.

Heyət yaz aylarının sonunda Rusiyaya üz tutacaq, 2020-ci ilin yanvarında isə Ankaraya qayıdacaq.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR