SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Saakaşvili Ukraynaya qayıdacaq

13-03-2019, 10:04 | Oxunub: 2911 |

Saakaşvili Ukraynaya qayıdacaq

Gürcüstanın eks-prezidenti və Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili Ukraynaya qayıtmaq qərarına gəlib.

Emtv.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda Hollandiyada yaşayan Saakaşvilinin aprelin 1-də Kiyevə gedəcəyi bildirilir.

Məlumata görə, Saakaşvili artıq təyyarə bileti aldığını söyləyib.

O, Ukrayna prezidenti Petro Poroşenkonun ikinci müddətə prezident seçkilərində iştirak edə bilməyəcəyi üçün bu addımı atmaq qərarına gəlib.

Qeyd edək ki, M.Saakaşvili 2018-ci il fevralın 12-də Ukraynadan Polşaya deportasiya edilmişdi. O, daha sonra Hollandiyaya köçərək orada yaşamağa başlayıb.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR